ManşetÖlkə içi

Laçındakı ermənilər tərksilah edilir

“Dünən gecə Laçındakı rus sülhməramlıları bizdən silahlarımızı təhvil verməyi tələb edib”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Laçın rayonunun Zabux kəndində məskunlaşmış ermənilərin icra nümayəndəsi Andranik Çavuşyan məlumat verib.

O deyib ki, rus sülhməramlılarına silahı bir şərtlə ver bilərlər. Şərtləri isə odur ki, onların təhlükəsizliyinə cavabdeh olsunlar. “Onlara bildirdik ki, əgər təhlükəsizliyimizə cavabdeh olarlarsa, silahlarımızı təhvil verməyə hazırıq. Bütün media nümayəndələrindən xahiş edirəm ki, Zabux kəndinə gəlsinlər və silahların təhvil verilməsində iştirak etsinlər”.

Çavuşyan onu da deyib ki, onlar dinc şəraitdə yaşayıb, əkinçiliklə məşğul olmaq istəyirlər.

P.S. Çavuşyana sual vermək lazımdır ki, sənin Azərbaycan torpağında nə işin vardı? Yenə sual vermək lazımdır ki, Azərbaycan torpaqlarında dinc yaşamaq istəyirsənsə, silah nəyinə lazımdır? Demək ki, dərdiniz başqadır.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button