GündəmManşet

“Laçın Dəhlizinzdə NBM-in açılması Qarabağda çaxnaşma yaradıb”: separatçıların nümyəndəsi

Bir neçə gün əvvəl Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlılarının komandanı Volkov açıqlama verərək, Laçın dəhlizində mini nəzarət buraxılış məntəqəsi quraşdıracaqlarını bəyan etmişdi. Rus generalı bildirmişdi ki, həmin məntəqənin qurulması Azərbaycanla razılaşdırılıb.

JAMAZ.İNFO xəbər verir ki, Volkovun açıqlaması Qarabağda yaşayan erməniləri bərk narahat edib. Hətta bir dəstə separatçı rus sülhməramlılarının rəhbəri ilə görüş də keçiriblər. Onlardan biri Metaxe Akopyan “Hraparak” qəzetinə açıqlamasında bildirib ki, Volkov onlara dəhlizdə mini nəzarət məntəqəsinin quraşdırılacağını təsdiqləyib. “Bizə bildirdi ki, həmin məsələ Qarabağdakı rəsmilərlə də razılaşdırılıb. Amma o, məsələnin heç də deyilən kimi olmayacağını da bildirib. Volkovun sözlərinə görə, nəzarət buraxılış məntəqəsində avtomobilləri və yükləri yoxlamaq üçün skanerlər quraşdırılacaq. Həmin yoxlanışlarda isə Azərbaycan tərəfi iştirak etməyəcək”.

Separatçıların nümayəndəsi onu da bildirib ki, həmin skaner avadanlığının quraşdırılmasının əleyhinədirlər. “Biz bunun qəti əleyhinəyik. Biz heç bir müşahidəni, heç bir nəzarəti qəbul etməyəcəyik. Çünki dəhlizlə bağlı razılaşmada belə bir müddüa yoxdur. İkincisi, bu hadisə əhali arasında çaxnaşma yaradıb. Onlar Ermənistandan gətirdikləri və apardıqları malların nəzarətdən keçməsindən qorxurlar. Deyirlər ki, nə aparıb, nə gətirmələrindən Azərbaycan xəbər tutacaq”.

Akopyan deyib ki, Laçın dəhlizində NBM-in qurulmasına qarşı mübarizə aparacaqlar. “Əslində, burada problem rus slühməramlılarında deyil. Siyasətçilər nə qərar verəcəklər, o mühümdür. Çünki dəhlizdə NBM-in qurulması yekunda gömrük məntəqəsi yaratmaq üçün nəzərədə tutulub. Proseslər də ona aparır. Bu barədə razılaşma isə Əliyev- Paşinyan görüşünün nəticəsidir. Azərbaycan Zəngəzur dəhlizini istəyir. Paşinyan da onu vermək fikrində deyil. Bakı da buna qarşılıq olaraq Laçın dəhlizində gömrük postu quracaq. Sülhməramlılar isə siyasətçilərin verəcəyi qərarı icra edəcəklər”.

P.S. Qeyd edək ki, Metaxe Akopyan və onun başının dəstəsi nəyəsə qarşı ola bilərlər. Hətta hay-küy də salmaq imkanları var. Lakin Azərbaycan Qarabağdakı separatçılarla nə danışmaq, nə də onların rəyini nəzərəalmaq fikrindədir.

Məsələnin bir başqa tərəfi də odur ki, ermənilər Ermənistana apardıqları və ya oradan gətirdikləri mal və məhsulların Azərbaycan tərəfindən bilinməsindən niyə narahatdırlar ki? Əgər düz işlərlə məşğulduqlarsa, narahatlıq üçün heç bir səbəb yoxdur. Görünən odur ki, separatçılar Ermənistandan heç də ərzaq, geyim və ya zəruri məhsullar deyil, gizli-gizli silah daşıyırlar. Və bunun da üstünün açılmasını istəmirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button