AraşdırmaManşet

Laçın Dəhlizinə qarşılıq Zəngəzur Dəhlizi?

Ermənistanda Zəngəzur Dəhlizi ilə bağlı müzakirələr gündəmi zəbt edib. Erməni cəmiyyətini maraqlandıran əsas məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolun statusu, kimlər tərəfindən nəzarət olunacağı və digərləridir. JAMAZ.İNFO xəbər verir ki, rəsmi İrəvanın məsələ ilə mövqeyi qarışıqdır.

Belə ki, Ermənistan hökuməti ümumiyyətlə, dəhliz məsələsini yaxına buraxmır. Onlar Naxçıvana avtomobil yolu açıla biləcəyini deyirlər. Eyni zamanda, yola nəzarətin də onlarda olacağını bildirsələr də, qəti qərar verməkdə çətinlik çəkirlər. Lakin yol üzərində gömrük məntəqəsinin olacağını da istisna etmirlər.

Erməni ekspertlər isə hesab edirlər ki, hüquqi cəhətdən Naxçıvana uzanacaq Zəngəzur Dəhlizinə dəhliz statusu verilə bilməz. Bunun üçün qanunlarda əsaslı dəyişikliklərin edilməsini vurğulayırlar. Onlardan biri, hüquqşünas Leon Baqdasaryan deyir ki, Zəngəzur dəhlizi ilə bağlı siyasi qərar qəbul edərkən, daha sonra isə yolun istismarına dair Rusiya və Azərbaycanla dövlətlərarası müqavilə bağlayarkən, bütün bunlar həm Ermənistan, həm də beynəlxalq hüquqla tənzimlənməlidir. O bildirir ki, Zəngəzur beynəlxalq səviyyədə Ermənistanın ərazisi kimi tanınır. “Məhz bu səbəbdən də Zəngəzur dəhlizi Ermənistan qanunlarına əsasən neytral zona kimi fəaliyyət göstərə bilməz. Bu zaman mütləq Ermənistan qanunları tətbiq olunmalıdır. Ona görə də, Azərbaycan tərəfinin ifadə etdiyi “Zəngəzur Dəhlizi”nəı dair yanaşma beynəlxalq hüquqa və yerli hüquqa ziddir. Bu bir halda mümkündür ki, məsələ referendum yolu ilə həllini tapsın”.

Baqdasaryan Laçın Dəhlizi ilə Zəngəzur Dəhlizinin eyni statusa malik olmadığını da vurğuylayıb. O deyib ki, əgər Azərbaycan tərəfi Laçın dəhlizi əvəzinə Zəngəzur dəhlizini təklif edirsə, bunu eyni müstəvidə müzakirə etmək mümkün deyil. “Ona görə ki, Qarabağ Naxçıvandan fərqli olaraq beynəlxalq səviyyədə tanınmayıb. Bu isə ayrıca hüquqi yanaşma tələb edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button