ManşetSiyasət

Laçın dəhlizi bağlandı: Mülki geyimli azərbaycanlılar yolda araşdırma aparıblar- FOTO

Bu gün Azərbaycan tərəfi Xankəndi-Gorus yolunu bağlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Taquhi Tovmasyan və Qarabağdakı “məlumat mərkəzi” məlumat yayıb.

Onların bildirdiyinə görə, mülki geyimdə olan həmin şəxslər yolun Şuşa şəhəri yaxınlığından keçən hissəsində bir neçə saat qaldıqdan sonra gediblər. Azərbaycanlıların kim olduğu, niyə yolu bağladığı barədə dəqiq məlumat yoxdur. Azərbaycan tərəfi bu barədə ümumiyyətlə, hər hansı məlumat verməyib. Erməni mənbələrinin bəziləri onların ekologiya işçiləri olduğunu və yolun qeyd olunan hissəsində araşdırma apardıqlarını bildirirlər.

Qarabağdakı erməni separatçıları isə iddia edirlər ki, Azərbaycanın belə bir addım atması guya, Ermənistanla Qarabağ arasındakı quru yolu bağlamaq və orada yaşayan ermənilərə psixoloji təsir göstərmək istəyi ilə bağlıdır.

Maraqlı məqam odur ki, bölgədəmüvəqqəti yerləşmiş rus sülhməramlıları da prosesə müdaxilə etməyiblər. Hətta azərbaycanlılar yolu bağladıqdan sonra əraziyə belə gəlməyiblər.

Erməni mediası yazır ki, məsələ ilə bağlı ruslara məlumat verilsə də, onlar heç bir addım atmayıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button