ManşetSosial

Lənkəranı su basdı: Şəhərin drenaj sistemi niyə təmir edilmir?

Dünən gecədən etibarən başlayan güclü yağış Lənkəran şəhərinə ciddi ziyan vurub. JAMAZ.İNFO yerli sakinlərə istinadən xəbər verir ki, yağan güclü yağış evlərin zirzəmilərinə dolub, həyətləri basıb.

Bir çox binaların qarşısına düşmək mümkün olmayıb. Camaat qeyd edir ki, hər il belə olur, lakin indiyə qədər heç bir tədbir görülmür. Onlar qeyd edirlər ki, hələ sovet vaxtından Lənkəranın drenaj və kanalizasiya sistemləri bərbad halda olub.

Müsavat Partiyasının funksioneri Yadigar Sadıqlı isə özünün social şəbəkə hesabında yazıb ki, yaşadığı evləri yağış suları səbəbindən adaya dönüb. “Yalnız rezin çəkmələrlə evdən çıxmaq olar. Lənkəranın drenaj sistemi sovet dövründən pis vəziyyətdədir. Son illərdə isə tamamilə sıradan çıxıb və icra başçısının vecinə də deyil”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button