ManşetÖlkə içi

“KP”: “Paşinyan sülh sazişini tez bir zamanda imzalamasını zəruri hesab edir”

“Vaşinqton və Brüsselin çətin məqamdan istifadə edib Moskva üçün keçmiş İttifaqın bütün perimetri boyunca problem yaratmağa çalışacağı faktı hələ Ukraynada xüsusi hərbi əməliyyatın başlanğıcından gözlənilən idi”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər Rusiyada nəşr olunan nüfuzlu “Komsomolskaya Pravda”qəzetinin Qarabağla bağlı yazdığı məqalədəndir.

Həmin məqalədə deyilir ki, problem yaratmaq üçün Qarabağ məsələsi ən münasibidir. “44 günlük müharibədən və Rusiyanın sülhməramlı qoşunlarının yeridilməsindən sonra Qarabağda kövrək də olsa, sülh hökm sürürdü. Azərbaycan və Ermənistan sərhədində baş verən müxtəlif miqyaslı atışmalar və insidentlər isə açıq şəkildə danışıqlarda nəticə əldə etmək üçün siyasi təzyiq məntiqinə əsaslanır”.

Qəzet hesab edir ki, uzun müddətdir davam edən münaqişə tarixində yeni dönüş artıq yaxın gələcəkdə baş tutacaq. “Oktyabrın 10-da Rusiyanın teleqram kanallarından birində Ermənistan-Azərbaycan nizamlanmasına dair Vaşinqton sənədi dərc olunub. Sənəd Qərbin vasitəçilik missiyasının nəticəsidir və müxtəlif mənbələrə görə, o, həm Əliyev, həm də Paşinyan tərəfindən Brüssel və Paris danışıqlarından, eləcə də xarici işlər nazirləri və Təhlükəsizlik Şuraları katiblərinin görüşündən sonra məqbul hesab edilib.

Sənədin məzmununa görə, imzalanacağı təqdirdə dövlətlərarası sərhədlərin yekun demarkasiyası həyata keçiriləcək və Zəngəzur dəhlizi inşa ediləcək.  Bundan başqa, Azərbaycan rəsmi nümayəndə təyin etməlidir ki, Qarabağ ermənilərinin belə bir nümayəndəsi ilə Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı məsələləri müzakirə edib, həll etsin. Qarabağ ermənilərinə, hətta tanınmamış “dqr”ə heç bir status nəzərdə tutulmayıb”.

“Kp” qeyd edir ki, bu sənədin dərci nə Ermənistanda, nə də Qarabağda hələlik hər hansı etiraz hərəkatına səbəb olmayıb. “Bu başa düşülən deyilmi ki, əslində bu, Dağlıq Qarabağın tamamilə Azərbaycanın yurisdiksiyasına keçməsi deməkdir və azərbaycanlılar heç bir “rəsmi nümayəndənin” formallığını belə gizlətmirlər. Bu yaxınlarda İlham Əliyev Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşları olduğunu və onlara həmin ölkənin Konstitusiyasına uyğun davranılacağını bir daha bəyan etdi. Aydındır ki, tezliklə Qarabağda erməni qalmayacaq”.

Rus nəşri daha sonra yazır ki, əgər indiki Ermənistan hökuməti bu sənədi qəbul etməyə razılaşarsa (Ermənistan hökumətindəki mənbələrimiz bizi əmin edir ki, Paşinyan onu tez bir zamanda imzalamaq zərurətinə əmindir), o zaman bu, Zaqafqaziyada tektonik hərəkətin katalizatoruna çevriləcək. Qarabağı itirəcək və bununla da guya ekzistensial təhlükələrdən xilas olacaq. Azərbaycan və Türkiyə ilə sülh imzalayan Ermənistanın nə Gümrüdəki Rusiya hərbi bazasına, nə də Qarabağdakı Rusiya sülhməramlılarına ehtiyacı qalmayacaq. Qərblilərin əsl məqsədinin bu olması artıq başa düşüləndir”.

Qəzet sual verir ki, “Paşinyan buna gedəcəkmi?” Həmin suala cavab olaraq yazır ki, Ermənistan və Rusiya ekspertlərinin əksəriyyətinin fikrincə, o, bunu operativ şəkildə və peşman olmadan edəcək. “Hakimiyyətə gəlməzdən əvvəl Paşinyan, inamlı qərbpərəst və Ermənistanın Aİİ-dən çıxarılmasının tərəfdarı kimi çıxış edib. Ermənistanda və Qarabağda həyəcan yaradacaqmı? Çox güman ki, bəli. 2021-ci il seçkilərdə Paşinyan ədalətli sülh şüarları ilə hakimiyyəti əlində saxlayıb, Qarabağın ermənilərin əlində qalmasına nail olmaqla Rusiya ilə strateji müttəfiqliyi gücləndirib. Paşinyanın uğursuzluqlarına qarşı səbri və dözümlülüyü sonsuz görünən erməni seçici ona belə mandat verməyib və baş nazirə son 4 ildə baş verən bütün problemləri xatırlada bilər”.

“Kp” bildirir ki, bundan əlavə, ermənilər yaxın tarixin dərslərini çətin ki, unudublar. “Onlar Vaşinqtonun “səmimi sözü”nə inanaraq, həll olunmamış təhlükəsizlik problemləri ilə baş-başa qalanda isə nələrin baş verə biləcəyini mütləq xatırlayacaqlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button