DünyaManşet

Koronavirus 9 dərman şirkətinə 19.3 milyard dollar qazanc gətirib

2019-cu ilin sonlarından bütün dünyanı ağuşuna alan koronavirus əhali üçün fəalkət olsa da, dərman şirkətləri üçün böyük gəlir mənbəyinə çevrilib. JAMAZ.İNFO CNN-ə istinadən xəbər verir ki, məhz bu səbəbdəndir ki, bir il yarımdan çox müddətdə dərman, sınaq testləri və digər tibbi ləvazimatlar istehsal edən şirkətləri rəhbərlərinin gəlirləri 19.3 milyard dollar artıb.

Siyahıya “Moderna” şirkətinin rəhbəri Stefan Bansel rəhbərlik edir. İkinci sırada isə türk əsilli mikrobioloq, BioNTech şirkətinin qurucusu Uğur Şahin dayanıb.

CNN xəbər verir ki, koronavirus meydana çıxdıqdan sonra “Moderna” şirkətinin səhmləri 700 faiz bahalaşıb. “BioNTech”in səhməri isə 600 faiz bahalaşaraq, rekord qırıb. “CanSino Biologics” şirkəti də onlardan geri qalmayıb, onların da səhməri 440 faiz bahalaşıb.

Həmin məlumata görə, dünyanın 9 dərman şirkəti koronavirus pandemiyası dövründə 19.3 milyard dollar pul qazanıb. Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Qita Hopinatx bildirib ki, 2022-ci ilə kimi dünya əhalisinin 60 faizi vaksinasiya olunacaq ki, bunun üçün də 50 milyard dollar pul xərclənəcək.

“Pfizer” şirkətinin rəhbəri Albert Burla da məsələ ilə bağlı qeyd edib ki, 18 ay ərzində dünyanın müxtəlif ölkələrinə 2 milyard doza satacaqlar. Bu isə orta hesabla 26 milyard dollara başa gələcək. “Pfizer” şirkəti həmin prosesdən 30 faiz qazanc əldə edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button