ManşetSiyasət

“Kommersant”: “Sərhədd Azərbaycan əsgərinin dayandığı yerdən çəkiləcək”

Rusiyanın “Kommersant” qəzeti dünən Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin görüşü ilə bağlı maraqlı məlumat yayıb. JAMAZ.İNFO qəzetə istinadən xəbər verir ki, həmin görüşdə Azərbaycan və Ermənistan sərhədlərinin delmitasiya və demarkasiya prosesinə başlamaqla bağlı razılıq əldə olunub.

Həmin razıəlaşmanın detallarından bəhs edən “Kommersant” yazır ki, sərhədlər hazırda Azərbaycan Ordusu harada dayanıbsa, oradan müəyyən ediləcək. Qəzet iddia edir ki, Ermənistan tərəfi buna etiraz etsə də, Rusiya prezidenti Vladimir Putin onların başqa seçimlərinin olmadığını çatdırıb. Bu o deməkdir ki, Azərbaycan əsgəri hal hazırda hansı mövqedə dayanıbsa, orada da qalacaq və bir addım geri çəkilməyəcək.

Bundan başqa, sərhədlərin müəyyən edilməsində Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahındakı xəritədən istifadə olunacaq. “Kommersant”ın əldə etdiyi məlumatdan belə başa düşülür ki, həmin xəritəyə əsasən Ermənistan daha bir nmeçə istiqamətdə ərazi güzəşti etmək məcburiyyətində qalacaq. Lakin həmin ərazilərin sərhəddin hansı hissəsini əhatə edəcəyi barədə məlumat əldə etmək mümkün olmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button