GündəmManşet

Köhnə separatçılar Qarabağa gəlməkdən imtina etdilər: Arayikin “siyasi şüra” planı alınmadı

Qarabağdakı erməni separatçıların rəhbəri Arayik Harutyunyan bundan sonrakı mərhələdə bölgənin aqibətinin necə olacağında məsuliyyəti bölüşdürmək üçün müxtəlif vasitələrə əl atır. Rusiyanın adamı olan Ruben Vardanyanın “dövlət naziri” təyin edilməsi ilə balansıqorumağa çalışan, bununla özünü Moskvaya simsar göstərməyə çalışan Arayik, buna qədər başqa bir plan da qurmuşdu. JAMAZ.İNFO xəbər verir ki, Harutyunyan hələ sentyabr ayında bölgədə hörməti olan, əsasən köhnə separatçılardan ibarət “siyasi şura” yaratmaq istədiyini bildirmişdi.

Bu “şura”ya Qarabağda “prezident” və “nazir” olmuş şəxslər, hadisələrin ilk mərhələsində fəal olmuş nüfuzlu adamlar, habelə hazırda qondarma “parlament”də təmsil olunan “fraksiya”lardan 2 nümayədə təmsil olunmalı idi.  Məqsədin isə bütün əsas xarici və daxili siyasi məsələlərin müzakirəsi, vəzifələrin aydınlaşdırılması və bölüşdürülməsi, bütün əsas siyasi nümayəndə qrupları və təcrübəli aktyorlar üçün vahid və inklüziv mühit təmin etmək üçün platformaya çevrmək olduğu deyilirdi.

Həmin məlumatlara görə, Arayik Harutyunyanın planı baş tutmayıb. Ona ilk “yox” cavabını Qarabağda “xarici işlər naziri” olmuş Georgi Petrosyan verib. Koçaryan və Sarkisyanın isə bu platformada iştirak etməyəcəyi əvvəlcədən bəlli idi. Çünki onlar Ermənistanda ayrıca imtiyazlara malikdirlər. Bako Saakyan və Arkadi Qukasyan isə edilən təkliflərə qoşulmadıqlarını qarşı tərəfə çatdırıblar.

Ermənistanda nəşr olunan “Meydan” qəzetinin yazdığına görə, qoca separatçılar indiki məqamda bu prosesə qoşulmaqdan imtina etməklə yanaşı, həm də məsuliyyəti bölüşdürmək niyyətində olmadıqlarını deyiblər. “Həmin adamların sözü bu olub ki, Araik Harutyunyan Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişlərini yerinə yetirməklə məşğuldur”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button