ManşetSosial

KOBİ “Damla”dan 14 min ədəd 20 litrlik içməli su alır

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 70 min manatlıq içməli su alır. JAMAZ.İNFO xəbər verir ki, rəsmi anlaşmaya əsasən KOBİ bununla bağlı “Damla Group” şirkəti ilə tender anlaşması əldə edib.

“İçməli suyun satın alınması” üzrə tenderdə KOBİ-nin xərcləyəcəyi çməbləğ isə 69.837,12 manat təşkil edir. Bununla bağlı müqavilə isə iyulun 18-də imzalanıb.

Qeyd edək ki, Publik Hüquqi Şəxs olan KOBİ-nin heyəti onmnlərlə nəfər təşkil etmir. Ən yaxşı halda işçi sayı 100-200 nəfərdən çox deyil. “Damla” şirkətinin satdığı 20 litrlik içməli sularının qiyməti isə 3-5 manatdan o yana keçmir. Belə olan halda, adi hesabalamalara əsasən KOBİ 70 min manata 14 min ədəd 20 litrlik su alır ki, bu da nəinki içməyə, elə qurumun işçilərinin çimməsinə belə kifayət edər.

Elə bunun özü KOBİ ilə “Damla” arasında şübhəli razılaşmanın deməsinə kifayət qədər əsas verir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button