ManşetÖlkə içi

Keçmiş siyasi məhbus Rəşad Ramazanov həbs olundu

Keçmiş siyasi məhbus, blogger Rəşad Ramazanov bu gün polis tərəfindən saxlanılıb. Həyat yoldaşı Könül İsmayılova JAMAZ.İNFO-ya bildirib ki, Ramazanov yaşadığı evin qarşısında saxlanılaraq, 14 saylı Polis Bölməsinə aparılıb.
Sözügedən Polis Bölməsindən isə bildiriblər ki, keçmiş siyasi məhbusu DİN Narkotiklərlə Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Saxlanıldıqdan sonra isə Binəqədi Polis İdarəsinə aparıldığı bildirilib.
Xatırladaq ki, Rəşad Ramazanov siyasi baxışlarına görə, iki dəfə həbdsə olub. Sonuncu dəfə 7 il həbs həyatı yaşadıqdan sonra 2019-cu ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button