CəmiyyətManşet

Keçmiş səfir: “Paşinyan Mehrini Azərbaycana verib”

“Nikol Paşinyanın son açıqlamalrının o deməkdir ki, Mehrini verirəm, amma hakimiyyətdə qalmağıma imkan verin”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlərin müəllifi Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyana məxsusdur.

Minasyan iddia edir ki, Paşinyan hakimiyyətdən getməmək üçün bütün yollara əl atır. “Paşinyan əsirlərin qaytarılması ilə bağlı onu deyir ki, istədiklərinizi etmək üçün heç olmasa əsirləri və meydləri geri verin. Məqsədi də odur ki, cəmiyyəti susdursun”.

Keçmiş səfir qeyd edir ki, Mehri Ermənistanın əsas qan damarıdır. “Mehri heç bir halda Azərbaycan və Türkiyəyə verilə bilməz. Paşinyan isə onu “kommunikasiya və nəqliyyat dəhlizi” adıyla Mehrini düşmənlərimizə verməyə hazırlaşır. Biz bu torpaqlar üçün bir əsrdir savaşırıq. Və onun düşmənə verilməsinə imkan verməyəcəyik”.

P.S. Ermənilər həqiqətən xəstədirlər. Özlərindən yalançı bir “tarix” uydurub, başqa xalqların torpaqları üzərində “dövlət” qurublar. Əgər bir ölkənin ziyalısı hesab olunan diplomatı belə düşüncənin sahibidirsə, sıradan vətəndaşın nə düşünməsi artıq faciədir. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button