DünyaManşet

Keçmiş ədliyyə naziri: “Paşinyan seçilərsə, müharibə yenidən başlayacaq”

Azərbaycan-Ermənistan sərhəddində vəziyyət stabildir. Tərəflər arasında hər hansı bir insident qeydə alınmayıb. JAMAZ.İNFO xəbər verir ki, artıq bir neçə gündür dövlət sərhədlərimizi bərpa edən hərbçilərimiz müdafiə xətləri və yeni yolların çəkilişinə başlayıb.

Belə ki, Qara göl, Yuxarı Şorj, Yuxarı Ayrım və daha bir neçə sərhədd kəndimizə yeni yolların çəkilməsi üçün əraziyə texnika cəlb olunub. Dünən Laçının Zərkənd (Kut) kəndində texnikaların işləməsinə ermənilər mane olmağa çalışsalar da, Azərbaycan tərəfinin müqavimətini görərək, geri çəkilməli olublar.

Zərkənd kəndinin icma rəhbəri Sima Çitçiyan deyib ki, o, Azərbaycan tərəfinin əraziyə texnika gətirməsini görməsə də, həmin maşınların səsini eşidib. “Onlar səngər qazırlar. Vəziyyət dəyişməyib. Azərbaycan hərbçiləri əvvəlki mövqelərində dayanıblar. Artıq heyvanlarımızı belə otarmağa yer tapa bilmirik. Bu biabırçılıqdır”.

Bu əsnada, Ermənistanın sabiq ədliyyə naziri Arpin Ovanisyan qəribə bir bəyanatla çıxış edib. JAMAZ.İNFO xəbər verir ki, Ovanisyan iddia edib ki, əgər Nikol Paşinyan yenidən baş nazir seçilərsə, müharibə qaçılmaz olacaq. “Əgər Paşinyan yenidən seçilərsə, bu yeni müharibənin başlanması demək olacaq”.

Onun sözlərinə görə, Paşinyan müharibəyə başlasa, bu Ermənistanın təhlükəsizliyinin sual altına düşməsi demək olacaq. “Bu əks təbliğat deyil. Bu antitez də deyil. Faktdır. Biabırçı sülh, ardından daha birabırçı kapitulyasiya və 7 ay bundan əvvəl imzalanmış sənədlə, proses başa çatmayıb. O heç vaxt başa da çatmayacaq. Çünki ölkənin hazırkı rəhbəri zəifdir, satqındır və Ermənistanın maraqlarını qorumaq gücündə deyil. İkincisi, Nikol Paşinyan süqutun, tınəzzülün, gələcəksizliyin, iqtisadi və hüquqi inkişafsızlığın simvoludur. Bu isə Ermənistan Respublikasının sonu, müharibə və xaoc deməkdir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button