GündəmManşet

Kəmaləddin Heydərov Riqadakı hotelini satışa çıxarıb: 13.2 milyon dollara satır

Kəmaləddin Heydərov 3 iıdən bəridir ki, Riqadakı “Roma” hotelinə müştəri tapa bilmir. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.

Jurnalist yazır ki, hazırda Riqanın mərkəzində yerləşən həmin hotel satışdadır. “Lakin Heydərovun otelə çəkdiyi 13.2 milyon avroluq xərcə baxmayaraq baha hesab olunur”.

Həsənli qeyd edir ki, satışın səbəbi bəlli olmasa da, böyük ehtimalla Heydərovun öz biznesini bütünlüklə Avropadan çıxarıb daha təhlükəsiz hesab etdiyi Birləşmiş Ərəb Əmirliklərində cəmləşdirmək niyyəti ilə bağlıdır. “Hotel Heydərova məxsus “BENKONS” MMC-nin Latviya filialının mülkiyyətindədir. Fövqəladə hallar naziri oteli bağlamaq qərarı iıə bağlı administrator Linda Murnieseni ötən ilin payızında işdən azad edib. Linda xanım siyasətçidir, Latviyanın keçmiş daxili işlər və müdafiə naziri olub. Onun keçmiş həyat yoldaşı Livan mənşəli ərəb Hosam Ebu Meri də siyasətçidir və Latviya parlamentinin deputatıdır”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button