GündəmManşet

Kəlbəcərdə yenə atışma olub: Ordumuz Saratexi yaylağını nəzarətə götürüb

Dünən gecə saatlarında Azərbaycan-Ermənistan sərhəddində yenə vəziyyət gərginləşib. JAMAZ.İNFO xəbər verir ki, erməni silahlıları Yuxarı Sorca kəndi istiqamətindən üzbəüz mövqelərimizi atəşə tutublar.

İtki və yaralı barədə məlumat yoxdur.

Bu əsnadan Ermənistanın ombudsmanı Arman Tanoyan bildirib ki, iyulun 23 və 24-də baş verən toqquşmalardan sonra Azərbaycan Ordusu Qara göl yaxınlığında yerləşən və yerli əhali tərəfindən “Saratexi” (hərfi tərcüməsi “dağlıq ərazi” deməkdir) yaylağını nəzarətə götürüb.

Belə ki, hərbçilərimiz həmin yaylağın 150 metrliyinə qədər irəliləyərək, orada post qurub. Tanoyan deyir ki, artıq yerli əhali həmin yaylaqdakı evlərinə nə gedə, nə də heyvanlarını otarmaq üçün apara bilirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button