GündəmManşet

Kəlbəcərdə şiddətli döyüşlər gedir: Təxribat törədən ermənilər 4 əsgərini itirib

Bu gün günorta saatlarından etibarən Ermənistan tərəfi Kəlbəcər rayonu istiqamətindəki mövqelərimizi atəşə tutub. JAMAZ.İNFO xəbər verir ki, düşmən təxribatı nəticəsində Azərbaycan Ordusunun bir əsgəri Şəhid olub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin açdığı atəş nəticəsində Tovuz rayonu Hərbi Komissarlığından həqiqi xidmətə çağırılmış Nəzərov Ayaz Azər oğlu Şəhid olub.

Hazırda Kəlbəcər istiqamətində vəziyyətin ağır olduğu bildirilir. JAMAZ.İNFO xəbər verir ki, erməni tərəfi Yuxarı Şorca kəndi istiqamətində mövqelərinə hərbi texnika çıxarıb. Tank və zirehli texnikaların döyüş mövqeyinə çıxarmalarından sonra Azərbaycan Ordusu adekvat tədbirlər görməyə başlayıb. Erməni tərəfi iddia edir ki, Azərbaycan Ordusu artilleriya və PUA-lardan istifadə edir. Azərbaycan Müdafiə Nazirliyi isə məlumatı təkzib edib.

Bu əsnada, Ermənistan ordusu iki əsgərini itirib. Müddətədn artıq hərbi xidmət keçən Qaribyan Rudik və Artur Mixtaryan öldürülüb. Bundan başqa, düşmənin daha 3 əsgəri də yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Qegarkunik rayonunun Norbak kəndinin sakinləri yerli mediaya bildiriblər ki, atışma getdikcə daha da şiddətlənir. Onlar konkret olaraq hansı silahlardan istifadə edildiyini dəqiqləşdirə bilmirlər. Geqamasarın rəhbəri Akop Avetyan deyib ki, durum ağırdır və kənd əhalisi qorxu içindədir. O həmçinin qeyd edib ki, itkilərlə bağlı rəsmi məlumatlar tam deyil. Avetyan bildirib ki, günorta saatlarından başlayan döyüşlərdə ən azı 4 erməni əsgəri öldürülüb. “İtkilərlə bağlı söz-söhbətlər var. Hazırda dəqiq bir şey deyə bilmərəm. Gələn xəbərlər xoş deyil. İtkilərimiz var. Onların sayının 4 olduğu deyilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button