GündəmManşet

Kəlbəcər istiqamətində şiddətli atışma gedir: Ermənilər rusları köməyə çağırıb  

Bu gün saat 13:00-dan etibarən sərhəddin şərq istiqamətində (təxminən Kəlbəcər-Qaragöl istiqamətləri) vəziyyət gərginləşib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda iddia olunur ki, guya, Azərbaycan Ordusu yeni mövqelər əldə etmək üçün hücuma keçib. Bunun yalan olduğunu qeyd etməyə gərək yoxdur. Çünki dünən erməni tərəfi məhz Kəlbəcər istiqamətində mövqelərimizə hücum etmişdi və layiqli cavabını da almışdı.

Nazirliyin məlumatında deyilir ki, hazırda şiddətli döyüşlər gedir və vəziyyətin çox gərgindir. Erməni tərəfi bölgəyə təcili olaraq rus sülhməramlılarını dəvət edərək, onların vasitəsi ilə danışıqlar aparmaq istədiyini bəyan edib.

İtki barədə məlumat verilmir.

Xatırladaq ki, sərhəddə nə zaman vəziyyət ermənilərin əleyhinə olsa, dərhal rusları çağırırlar. Görünür, durumları yenə ağırdır. Ya dəstə şəklində mühasirəyə düşüblər, ya da qulaqlarının dibinə “normalnı” şapalaq dəyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button