AraşdırmaManşet

Jurnalist və fəallar necə dinlənilib? – “PEGASUS”un özəllikləri

Artıq iki gündür bütün dünyanın diqqəti vacib olan məsələyə köklənib. JAMAZ.İNFO xəbər verir ki, həmin məsələ Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) son araşdırmasıdır.

Qeyd edək ki, İsrailə məxsus NSO Group şirkəti “Pegasus” adlı proqram hazırlayaraq, onunla bir çoxlarının dinlənməsində və izlənməsində istifadə edib. Təbii ki, bu prosesi onlar konkret sifarişlər əsasında həyata keçiriblər.

Bildirək ki, “NGO Group”un sifarişçiləri sırasında 10 dövlətin adı keçir. Həmin dövlətlərdən biri də Azərbaycandır. Ki, OCCRP-un araşdırmasında görə, Azərbaycan hakimiyyəti həmin proqram vasitəsi ilə 1000-ə yaxın jurnalistin və başqa ictimai fəalların telefonlarının izlənməsini həyata keçirib. Hətta dünən izlənənlərdən 74 nəfərin adı dəqiqləşib. Layihə rəhbərliyi hazırda adların dəqiqləşdirildiyini və yekun siyahını yaxın günlərdə açıqlayacağını bəyan edib.

JAMAZ.İNFO xəbər verir ki, “Pegasus” proqramı təkcə Azərbaycan hakimiyyətinin deyil, eyni zamanda, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, Mərakeş, Hindistan, Qazaxıstan, Macarıstan, Meksika, Ruanda və Səudiyyə Ərəbistanının da işinə yarayıb. Dinlənilənlər arasında isə CNN, The New York Times, Al Jazeera, Le Monde, Bloomberg kimi məhşur media quruluşları da yer alıb.

Proses həmçinin Türkiyəyə qədər uzanıb. Buna səbəb isə Camal Kaşıqçı cinayəti səbəb olub. “Milliyet” qəzetinin yaydığı məlumata görə, Kaşıqçı cinayətini araşdıran prokurorun telefonları dinlənilib. Bundan xəbər tutan İrfan Fidan MİT-ə müraciət edərək, telefonunun dinlənə biləcəyi barədə xəbərdarlıq edib. Türkiyədə həmçinin AKP sədrinin müavini Yasin Aktay və Türk-Ərəb Media Dərnəyinin başqanı Turan Kışlakçı da var.

Qeyd edək ki, “NSO Group” şirkəti haqqında səsləndirilən ittihamları rədd edib. Şirkət bəyan edib ki, onlar “terrorizm və ciddi ittihamlarla mübarizə etmələrinə yardımçı olmaq məqsədi ilə müxtəlif ölkələrə və ya hüquq mühafizə orqanlarına texnoloji xirmət göstəriblər”.

JAMAZ.İNFO “Pegasus” proqramının telefonlara necə müdaxilə etdiyini və həmin telefonlarda necə özünə yer aldığı ilə bağlı kiçik araşdırma aparıb. Həmin araşdırma zamanı məlum olub ki, bu proqramların android və İphone telefonlarına sızması üçün elə də ciddi proseslərə gərək yoxdur. Həmin proqramın xüsusi özəlliyi odur ki, hədəf alınmış şəxsin telefonuna virus göndərməyə də gərək qalmır. Yəni, şəxsin həmin viruslu proqramı açıb, açmamasına da ehtiyac yoxdur.

Məlum olan odur ki, “Pegasus”un bir telfona müdaxiləsi üçün kabelsiz ötürücü kifayət edir. iPhone model telefonlara isə mesajlaşma sistemindən iMessengerin təhlükəsizlik boşluqlarından yararlanaraq, proqram yüklənə bilir.

Bundan başqa, WhatsApp-a zəng vuraraq, telefona müdaxilə etməsi mümkündür. Bu zaman, şəxsin həmin zəngi açıb-açmaması önəmli deyil. Çünki zəngin özü artıq proqramın yüklənməsini təmin edir.

“Pegasus”un özəlliyi odur ki, həmin proqram telefonun içindəki foto, video, istifadəçi şifrəsi, e-mail kimi məlumatları toplayaraq, ötürə bilir. Eyni zamanda, bu proqram təkcə, WhatsApp-a deyil, Telegram və Signal kimi şifrəli mesajlaşma şəbəkələrindəki məlumatları da əldə etməyə imkan yaradır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button