GündəmManşet

Jirayir Səfilyandan sərsəm açıqlama: “Nəinki Qarabağ, Azərbaycanın çox hissəsi Ermənistana aiddir”

Ermənistanın özündə belə terror təşkilatı kimi tanınan, habelə İrəvan parlamentində məşhur terror aktının törədiciləri hesab olunan və xeyli üzvü bir müddət həbsdə yatan “Sasna Tser” təşkilatı bu gün Qarabağ və Azərbaycan və Ermənistan sərhəddi barədə bəyanat yayıb. JAMAZ.İNFO xəbər verir ki, təşkilatın rəhbəri Jirayir Səfilyanın adından yazılmış həmin bəyanatda bir sıra məqamlar qedy olunub. 
Səfilyan bildirir ki, Azərbaycan və Ermənistan sərhəddini müəyyən etmək üçün İrəvan hökuməti BMT-nin Beynəlxaq Məhkəməsinə müraciət etməlidir. Həmin müraciətdə isə 1921-ci ilin xəritəsindən istifadə olunmalıdır. “Ermənistan beynəlxalq hüquqi sənədlərin və xəritələrin hüquqi əsaslarını və əhatə dairəsini aydınlaşdırmaq üçün BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət etməlidir. Bunun əsasında Ermənistan və Azərbaycanın hüquqi sərhədi müəyyən edilməlidir”.
Səfilyan iddia edib ki, əgər məhkəməyə müraciət olunarsa, nəinki Qarabağ, Azərbaycanın müəyyən hissəsi də Ermənistana veriləcək.
Erməni hüquqşünaslar isə Səfilyanın bu açıqlamasını absurd hesab edirlər. Onlar bildirirlər ki, indiki şəraitdə BMT-nin Beynəlxalq Məhkəməsi belə bir müraciətlə bağlı nəinki qərar çıxara, heç baxa bilməz. Çünki bunun üçün heç bir hüquqi əsas yoxdur. Onlar deyirlər ki, beynəlxalq məhkəmələr vasitəsi ilə dövlətlərin sərhədləri müəyyən edilə bilməz.
Qeyd edək ki, Jirayir Səfilyan Qarabağın qondarma “qəhrəmanı”dır. O, uzun müddət Azərbaycana qarşı vurşmuş briqada komandiri olub. Həmçinin onun ən məşhur sözlərindən biri də budur ki, “Kürə qədər ərazilər Azərbaycandan alınaraq, Ermənistana verilməlidir”.
Onu da bildirək ki, “Sasna Tser” terror təşkilatı Ermənistanın hakim partiyası “Mülki Müqavilə” ilə müttəfiqdir. Məhz Paşinyan hakimiyyətə gəldikdən sonra həbs olunmuş təşkilatın üzvlərini azadlığa buraxıb.
P.S. Səfilyanın dediyi kimi olarsa, o zaman istədiklərinin tam tərsi baş verəcək. Çünki 1921-ci il xəritəsi ilə olsa belə, nəinki Qarabağ, Zəngəzur və Göyçə də Azərbaycan ərazisi hesab olunacaq. Ona görə ki, həmin torpaqlar məhz SSRİ qurulduqdan iki il sonra Ermənistana verilib. Qarabağ isə Azərbaycanın tərkib hissəsində olub. Yəni, itirən özləri olacaqlar. 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button