CəmiyyətManşet

İsmayıllının icra başçısı 40 min manatlıq qoyun aldı, çobanlar isə sürünü satdı

İsmayıllının icra başçısı Nahid Bağırovla bağlı maraqlı məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, rayonun rəhbəri ilə bağlı məlumatı tanınmış jurnalist, hazırda mühacirətdə yaşayan Qənimət Zahid yayıb.

O yazır ki, Nahid Bağırov bir müddət əvvəl 40 min manatlıq qoyun alıb. “180-200 baş qoyunu Tircan kəndinin icra nümayəndəsi Əhməd Əhmədova verib ki, saxlasın. İcra nümayəndəsi də çobanlar taparaq, qoyunları örüşə buraxıb. Çobanlar biləndə ki, sürü icra başçısınındır, başlayıblar əməliyyata”.

Məlumatda deyilir ki, çobanlar ilk növbədə qoyunların doğduğu quzuları satmağa girişiblər. Daha sonra isə başqa sürülərdəki xəstə, əyərri-axsaq qoyunlarla başçının sağlam qoyunlarına dəyişərək, biznes eləməyə başlayıblar. “Daha sonra isə ümumiyyətlə başlarını açıb qoyunları bir ucdan satmağa. Günün birində icra başçısı ayılıb ki, sürüdə 70- 80 baş qoyun qalıb və bunların da heç biri onun aldığı sağlam, yumurta kimi qoyunlar deyil, xəstə «əcnəbi»lərdir”.

Qənimət Zahid bildirir ki, baş verənlərdən əsəbiləşən icra başçısı bütün icra nümayəndlərini toplayıb və Əhməd Əhmədovdan yığdığı hirsi töküb onların hamısının üstünə. “Və hamısını işdən çıxma ərizəsini alıb ki, «birinci svetoforda» düşürüb rahatca qova bilsin”.

O yazır ki, 40 min manat isə İsmayıllı şəhərində və İvanovka kəndində abadlıq işləri aparmaq üçün büdcədən ayrılmış vəsait imiş. “Başçı çox ağıllı olduğuna görə fikirləşib ki, qoyun biznesinə başlasın, abadlıq işlərini 6-7 ay ləngitsə də dünya dağılmaz”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button