GündəmManşet

İranlı ekspertdən Bakıya hədyan: “ADR sərhədlərini tələb etmək millətçi və panarxist yanaşmadır”

Qafqaz üzrə ekspert  Mehdi Seyfi Təbrizi İRNA Agentliyinin rəsmi saytında “Kalininqrad modelinin Ermənistan tərəfindən rədd edilməsindən sonra: Qafqazda sülhün taleyi; Çox uzaq, çox yaxın” başlıqlı yazı ilə çıxış edib. JAMAZ.İNFO  xəbər verir ki, iranlı ekspert yazıda Azərbaycanın ünvanına hədyanlar yazmaqdan çəkinməyib.

Mehdi Seyfi Təbrizi yazır ki, indiki şəraitdə Bakı hökuməti Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsi əsasında ərazi bölgülərinin aparılmasını istəyir. “Baxmayaraq ki, həmin dövrdə Bakı və ona bitişik quberniyalar bolşeviklərin və Rusiya nümayəndələrinin nəzarəti altında idi. Və AXC hökuməti ölkənin hər yerinə nəzarət etmirdi”.

Amma iranlı ekspertin “ürəyi dolu” imiş. O daha sonra yazıb: “Bu təhrif edilmiş və sənədsiz sübutlara, eləcə də millətçi və panarxist düşüncəyə əsaslanaraq, Azərbaycanın indiki hökuməti öz suverenliyini Azərbaycan Demokratik Respublikası hökumətinin davamı hesab edir. Bu əsasda Ermənistanın cənub rayonlarına və bu ölkənin Sünik vilayətinə iddia edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button