ManşetÖlkə içi

İranlı ekspert: “Zəngəzur dəhlizi yoxdur, “Turan yolu” və ya “NATO dəhlizi” var”

“Qarabağ müharibəsinin lap əvvəlindən onun Qarabağla məhdudlaşmayacağına heç kim şübhə etmirdi. Müharibənin əsas məqsədlərindən biri coğrafi və geosiyasi dəyişikliklərin həyata keçirilməsi idi. Hazırda Azərbaycan Türkiyə və İsrailin dəstəyi ilə regionda həmin dəyişikliklərin həyata keçirilməsi üçün kifayət qədər səylər göstərir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər İranın “Müasir Dünya” Strateji Analitik Mərkəzinin direktoru, regional məsələlər üzrə ekspert Şuaib Bəhməniyə məxsusdur.

Onun iddiasına görə, Türkiyə-Azərbaycan və İsrailin iştirakı ilə həyata keçirilən bu geosiyasi dəyişiklik siyasətinin əsas məqsədlərindən biri Ermənistanın cənub hissələrinin işğalıdır. “Laçın dəhlizinin bağlanması prosesi Bakının təzyiq kimi istifadə etdiyi proqnozlaşdırıla bilən prosesdir. Burada məqsəd özünün son məqsədinə çatmaq üçün regional dövlətlərə rıçaq əldə etməkdir. Yəni, “Zəngəzur dəhlizi”nin açılmasına nail olmaqdır”.

Bəhməni hesab edir ki, Zəngəzur dəhlizinin yerinə başqa termin istifadə olunmalıdır. O hesab edir ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirən yolun adı “Turan yolu” olmalıdır. “Zzəngəzur dəhlizi yox, Turan yolu və ya “NATO dəhlizi” kimi adlandırılması daha doğru olar”.

İranlı ekspert deyir ki, bölgədə vəziyyəti dəyişmək üçün İrəvan və Tehran bir-biri ilə hərbi, müdafiə və təhlükəsizlik sahələrində sazişi imzalamalıdırlar. Onun sözlərinə görə, oxşar saziş İrana beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulması halında fəal iştirak etmək imkanı verəcək.

Bəhməni o düşüncədədir ki, nə Azərbaycanın, nə də Türkiyənin İrana hücum etmək üçün hərbi imkanları yoxdur. “Lakin bu dövlətlər İrana qarşı dağıdıcı və terror aktları həyata keçirə bilərlər. İranın hərbi potensialı kifayət qədər böyükdür və yalnız İranın şimal-qərbində yerləşən silahlı qüvvələri Azərbaycana qarşı müharibəyə başlayarsa, qısa müddətdə həmin dövləti demək olar ki, tamamilə işğal edə bilər. Lakin İran regionda yeni müharibəyə başlayan dövlət olmaq istəmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button