GündəmManşet

İranlı ekspert: “Ermənistanla sərhəddi qorumaq üçün İran istənilən ölkə ilə müharibəyə hazırdır”

“Ermənistanla sərhəd İran üçün çox önəmlidir. Ermənistan hökuməti İranla sərhəddə lazımi əhəmiyyət verməsə belə, İran İslam Respublikası bu sərhədi qorumaq üçün istənilən ölkə ilə hərbi qarşıdurmaya getməyə hazırdır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri iranlı ekspert və siyasi analitik Ehsan Mohavedian deyib.

O qeyd edib ki, əgər Ermənistan-İran sərhədi dəyişdirilərsə, nəticədə, İran Türkiyə və Azərbaycan, İsrail və Böyük Britaniyanın rəhbərliyi altında türk dövlətləri ilə əhatə olunacaq. “İran üçün Gürcüstana, oradan da Avropaya yeganə təhlükəsiz yol Ermənistanla dörd kilometrlik sərhəddir. Ona görə də bu sərhəd kəsilərsə, nəinki İran türk dövlətləri ilə əhatə olunar, hətta NATO Xəzər dənizindən keçərək Rusiya və Çin üçün təhlükə yaradan terrorçuları İran sərhədinə yönəldə bilər”.

Onun sözlərinə görə, İran öz sərhədlərini, ərazi bütövlüyünü problem yaşadığı qonşu dövlətlərin hücumlarından qorumağa hazırdır. “İran İslam Respublikasının ali lideri Əli Xamneyi təsdiq edib ki, bu sərhəd (Ermənistan-İran sərhədi – red.) bir neçə min illik tarixə malikdir, onu qoruyub saxlamaq lazımdır və bu sərhədin qorunması Tehran üçün son dərəcə vacibdir. Təbii ki, Ermənistanın da bu amili vurğulayacağını və ərazi bütövlüyünün qorunması üçün ciddi səy göstərəcəyini gözləyirik. Ermənistan İranla hərbi və müdafiə müqavilələri imzalaya, hərbi əməkdaşlığı genişləndirə, əsgərlərini təlim üçün İrana göndərə və s. Addımlar ata bilər”.

Mohavedyan vurğulayıb ki, bütün bunlar Türkiyə və Azərbaycanı cilovlamaq üçün lazımdır. “Ona görə də, Ermənistan hökuməti bu məsələyə xüsusi diqqət yetirməli və İranla əlaqələrini gücləndirməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button