DünyaManşet

İranda 17 yaşlı etirazçı qızı polislər 4-cü mərtəbəsindən aşağıya atıblar   

İranda etirazlar ikinci aya qədəm qoyur. JAMAZ.İNFO xəbər verir ki, gənclərin təşkil etdiyi və Məhsa Əmininin ölümündən sonra başlayan proseslər getdikcə daha şiddətli şəkil almaqdadır.

Gələn xəbərlərə görə, hazırda İranda etirazların əsas təşkilatçıları tələbələrdir. Dünəndən etibarən ölkə üzrə bütün universitetlərin tələbələri ayağa qalxıblar.

Lakin İran molla rejimi bu etirazları yatırmaq üçün ən zorakı vasitələrdən istifadə etməkdən çəkinmir. JAMAZ.İNFO xəbər verir ki, Məhsa Əminidən sonra Tehranda daha bir gənc qız, ardından Ərdəbildə 17 yaşlı Aytək qətlə yetirilmişdi. Dünən isə daha bir qənc qız polis tərəfindən öldürülüb. Belə ki, 17 yaşlı Arnika Qaimməqami keçirilən aksiyaların aktiv iştirakçılarından biri olub. Dünən keçirilən aksiyanı dağıtmaq üçün hərəkətə keçən SEPAH-a bağlı misil qüvvələri bir çox şəxslər kimi, Arnika Qaimməqamini də saxlayıblar. Lakin aktiv iştirakçı, habelə aksiyaların təşkilatçıları sırasında olan 17 yaşlı gənc qızın saxlanılmasından bir neçə saat sonra xəbəri xəstəxanadan gəlib. Məlum olub ki, onu saxlayan polislər Arnikanı binalardan birinin 4-cü mərtəbəsindən aşağı atıblar. Ardından isə onu orduya məxsus xəstəxanalardan birinə aparıblar və 17 yaşlı gənc oradaca dünyasını dəyişib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button