ManşetSiyasət

İran yenə şantaja başladı: “Xəbərdarlıq edirik, sionistləri bölgəyə buraxmayın”

İran yenidən Azərbaycanı ittiham etməyə başlayıb. Daha doğrusu, yenidən şantaja baş vurmağı qərara alıb. JAMAZ.İNFO xəbər verir ki, “Mehr” Agentliyinə açıqlama verən İran İslam Şurası Məclisinin (parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini İbrahim Əzizi bildirib ki, İran Qafqazda istənilən geosiyasi dəyişikliyin əleyhinədir.

O iddia edib ki, Qərb və İsrail Cənubi Qafqaza həm müdaxilə edir, həm əd mövcudluğunu həyata keçirməyə çalışır. “İran bu məsələdə çox diqqətlidir. Çünki sionistlər də daxil olmaqla xarici tərəflərin bu regionda hər hansı mövcudluğu sülh və sabitliyə təhdid olacaq. Bu səbəbdən İran bütün tərəflərə xəbərdarlıq edib ki, saxta rejimin davranışları ilə bağlı ağıllı yanaşaraq Sionist rejimin Qafqaz və digər bölgələrdə olmasına imkan verməsinlər”.

Əzizi daha sonra deyib ki, region ölkələri sionistlərin və onların qərbli müttəfiqlərinin müdaxilə məqsədi ilə Qafqaza daxil olmasına icazə verməyəcəyik. “Çünki onlar geosiyasi dəyişiklik və siyasi məqsədlər axtarırlar. Qafqazdakı mübahisələr məsələsi diplomatiya və siyasi məsləhətləşmələr yolu ilə həll edilməlidir. Ona görə ki, hərbi münaqişələr və s. yalnız günahsız insanların itkisinə, bölgədə gərginlik və etibarsızlığın yaranmasına səbəb olur. Qəsbkar sionist rejim kimi düşmənlər qonşu ölkələr arasında gərginlik yaratmaqla öz məqsədlərinə nail olmaq istəyirlər ki, bu da region xalqları üçün zərərlidir”.

P.S. İranın qeyri-sabit xarici siyasəti, xüsusən də Azərbaycana qarşı aqressiv tutumu başadüşlən deyil. Çünki Azərbaycan İran üçün heç bir təhdid yaratmır. Əksinə ən krtitik məqamda qonşu dövlət olaraq dəstəyimizi əsirgəməmişik. Məsələn, İrana sanksiyalar tətbiq olunandan Azərbaycan bu təşəbbüsə qoşulmayacağını bəyan edib. Həmçinin atom enerjisi ilə bağlı məsələdə də Azərbaycan neytral mövqedə dayanıb və bunu İranın daxili işi adlandırıb. Bundan əlavə, Azərbaycan rəsmi olaraq İrana qarşı ərazisindən istifadəyə imkan verməyəcəyini də bildirib.

Bütün bunların müqabilində İran mütəmadi olaraq ya təhdid edir, ya da şantajla məşğul olur. Səfirliyimizə silahlı hücumu təşkil edən, ardından sərhəddimizdə təlimlər keçən İranın indi də İsraili bəhanə edib, təhdid dilində danışması yanlı olmaqla yanaşı, həm də doğru siyasətə malik olmaması, hozuluğa üstünlük verməsi və axmaqlıqdır.

Bir məsələni də qeyd edək. Azərbaycan nə zaman Qarabağda öz ərazi bütövlüyünü təmin etmək, oradakı separatçıları ləğv etmək üçün addım atmağa hazırlaşırsa, İran dərhal bu cür şantajlara baş vurur. Görünür, molla rejimi Qarabağ probleminin birdəfəlik həllində maraqlı deyil. Ona görə də, mütəlif bəhanə və şantaj vasitələrini işə salmağa başlayır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button