DünyaManşet

“İran və İsrail düşmən qardaşlardır, bir birilərini qoruyurlar”

“İran və İsrailin bir birinə olan münasibəti “düşmən qardaşlar” kimi qəbul edilməlidir. Yəni, biri digərini qorumaqla məşğuldurlar”. JAMAZ.İNFO xəbər verir ki, bunu Türkiyənin məşhur “Hürriyet” qəzetinin yazarı Abdulkadir Selvi deyib.

O bildirib ki, tarixə diqqət edilərsə, bunu daha aydın görmək olar. “İranın hər hücümu İsrailin Qərbin daha çox dəstək almasına səbəb olur və bu hücumnlar ona xidmət edir”.

Selvi bildirir ki, əgər İranla İsrail arasında müharibə başlarsa, bu təkdə iki ölkəni əhatə etməyəcək. Əksinə, bütün Yaxın Şərqi darmadağın edəcək. “Çünki İsrailin içində olduğu müharibədə ABŞ mütləq var və bu, regional savaşa çevirlə bilər. Onun nəticələri isə I və II Körfəz müharibəsindən daha fəlakətli olar”.

Türk yazar hesab edir ki, İran və İsrail arasında müharibə olmayacaq. O, bunu Hizbullah lideri Nəsrullah və İranın dini rəhbəri Xamineyinin açıqlamalarına əsaslanaraq vurğulayıb. “Hər iki açıqlamadan aydın olur ki, müharibə olmayacaq. Sadəcə, sistemli şəkildə müharibəyə davam edəcəklər”.

Amma Abdulkadir Selvi Qərbin niyyətinin pis olduğunu da qeyd edib. Onun sözlərinə görə, Qərb Yaxın Şərqdə kiçik İsrail dövlətləri qurmaqda maraqlıdır. “İraq və Suriyanı illərdir daxili toqquşmalarla əldə saxladılar. İndi həmin torpaqlara terror dövlətləri qurmağa çalışırlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button