AraşdırmaManşet

İran Təbrizdən bizə hansı mesajı verir?- FOTO

İran prezidenti İbrahim Rəisi bu gün Təbrizə səfər edəcək. JAMAZ.İNFO xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlər keçirməsi plnalaşdıran Rəisi, həmçinin açıq havada əhali ilə görüşə də qatılacaq.

Bununla əlaqədar Təbrizin mərkəzi meydanında böyük bir stend də quraşdırılıb. Və həmin steddə böyük hərflərlə, özü də Azərbaycan dilində  “Azərbaycan oyaqdır, inqilaba dayaqdır” sözlərini yazıblar.

Qeyd edək ki, İran prezidentinin səfəri çərçivəsində belə bir addımın atılması Azərbaycana birbaşa mesajdır. Belə ki, Azərbaycan prezidenti İlham Əliyev hələ bir müddət əvvəl bəyan etmişdi ki, İranda yaşayan soydaşlarımızın ana dili və mədəni hüququları pozulur və bunun üçün mübarizə aparılacaq. Həmin açıqlamadan sonra molla rejiminin nümayəndələri davamlı olaraq fikirlər bildiriblər, İranda yaşayan soydaşlarımızın hüquqularının pozulmadığını iddia ediblər.

Bunun ardından İran prezidentinin Təbrizə səfər etməsi və orada çıxış edəcəyi tribunanın üzərində Azərbaycan dilində şüarın yazılması da həmin çıxışa cavab kimi qəbul olunmalıdır. Molla rejimi bununla onu deməyə çalışır ki, guya, İranda yaşayan Azərbaycan türklərinin dil və mədəni hüquqular problemi yoxdur. “Hətta öz ana dillərində şüar da yazırlar” kimi mesaj da verməyə çalışıblar.

Bundan başqa, “Təbriz bizimdir” mesajını da bu şüardan oxumaq mümkündür. Molla rejimi deməyə çalışır ki, “Azərbaycanın qədim paytaxtı bizdədir və bizdə də qalacaq”.

Hərçənd bu şüarın özü də Güney Azərbaycan Milli Azadlıq Hərəkatının şüarıdır, lakin təhrif olunub. Orada “inqilab” sözü yoxdur. Yəni, mollaların bu şüarı da özləri kimi plagiatdır.

Lakin molla rejiminin inkar etməsi ilə deyil. Faktiki olaraq Güneydə Azərbaycan dilində bir məktəb belə yoxdur. Bundan başqa, orada heç bir dükan, market, bazar üzərində quraşdırılmış tabloda öz ana dillərində nəsə yazmalarına da icazə verilmir. Başqa mədəni hüququları da sadalamaq mümkündür. Məsələn, molla rejimi ənənəvi Novruz şənliyində digər xalqlardan fərqli olaraq, Azərbaycan mədəniyyət işçilərinin çıxışlarında çoban paltarında səhnəyə çıxmasını tələb edir. Bu məsələ bir neçə dəfə ciddi etiraza səbəb olduğundan, sonrakı dövrlərdə yığışdırıldı.

Amma problem təkcə bununla bitmir. Azərbaycan şəhərlərinə büdcədən pul ayrılmasında ayrı-seçkiliyin edilməsi, onların sosial problemlərinin həlli üçün tutarlı addımların atılmaması da göz önündədir. Təkcə, 2010-cu ildən indiyə qədər Şərqi və Qərbi Azərbaycan ostandarlığında (vilayətinə) iqtisadiyyatın inkişafı üçün büdcədən digər vilayətlərdən fərqli olaraq daha az pul ayrılır. Səbəb kimi də “Azərbaycan vilayətləri özlərini təmin edə bilirlər”dir.

İndi Rəisi Təbrizdə yəqin ki, bir-iki cümlə türkcə də söz deyəcək. Ondan xeyli əvvəl Xamineyi də Təbrizdə çıxışında türkcə şer oxumuşdu. Lakin bu 30 milyondan çox bir xalqın fundamental problemlərini həll etmir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button