DünyaManşet

İran Sünik üzərindən Qara dənizə qaz kəməri çəkir: “Bizə qəpik-quruş təklif olunur”

“İran yekun qərarını verib: Fars körfəzindən Qara dənizə qədər uzanan enerji dəhlizi üçün Naxçıvan ərazisindən istifadə etməyəcəklər. Boru kəməri Ermənistanın ərazisindən keçəcək”.  JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı erməni siyasətçi Hrant Melik-Şahnazaryan deyib.

O bildirib ki, həmin layihə ilə bağlı danışıqlar tezliklə Bolqarıstanda davam etdiriləcək. “Enerji dəhlizinin bir hissəsi olan ölkələr – İran, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstan müvafiq saziş imzalayacaqlar. Beləliklə, İran tərəfi Süniki təkcə sözdə deyil, indi əməldə də strateji əhəmiyyətə malik bölgə kimi tanıyır. Yaxın vaxtlarda Qafanda İran konsulluğunun yaradılacağı məlumdur”.

Melik-.Şahnazaryan bildirib ki, Ermənistan nəhayət, kommunikasiya blokadasını qıracaq. “Bununla da Türkiyənin Qarabağda mövcudluğu İranın Sünikdə olması ilə müəyyən mənada kompensasiya olunacaq. Lakin bu geosiyasi, geoiqtisadi yenidənqurulma bizim üçün də ciddi problemlər ehtiva edir. Xüsusən də Ermənistanın onun üçün həyati əhəmiyyət kəsb edən məsələlərlə bağlı qərar qəbul etmə ehtimalı demək olar ki, sıfıra bərabərdir. Ancaq bu yeganə problem deyil. O da mümkündür ki, bölgədə qüvvələrin bu yerdəyişməsi prosesində Ermənistan kənarda qalsın”.

Erməni siyasətçi qeyd edir ki, həyata keçirilən layihə fonunda Ermənistana qəpik-quruş təklif olunur. “Bu arada biz heç olmasa Hadrut və Şuşa məsələsini qaldıra bilərik. Bəli, başa düşürəm ki, Ermənistan müharibədə uduzan tərəfdir. Bunun səbəblərini başa düşürəm və bilirəm. Yeri gəlmişkən, bunu Moskvada, Bakıda, Tehranda və bütün digər paytaxtlarda da bilirlər. Ona görə də Hadrut və Şuşanin, yaxşı işlənildiyi halda Kəlbəcər problemi hələ də aktualdır. Təbii ki, bu xain hakimiyyət onları qaz tranziti və digər bu kimi proqramlardan gözlənilən dividentlər müqabilində satmasa”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button