ManşetÖlkə içi

İran sərhəddə keçirdiyi təlimlərin məqsədini açıqladı: Bakıya “xox” gəlirlər

Son günlər Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayan İran bu addımı niyə atdığını açıq şəkildə dilə gətirib. JAMAZ.İNFO “ParsToday” Agentliyinə istinadən xəbər verir ki, Tehranın niyyətinin bu ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian açıqlayıb.

Abdullahian deyib ki, İran Ermənistanla əlaqə yolunun bağlanmasına imkan verməyəcək. Nazir “Demokratiya sahəsi” adlı sənədli filmdə səsləndirdiyi bu fikirlərini inkişa etdirərək qeyd edib ki, hazırda hərbi təlimləri də məhz bu məqsədlə keçirirlər. “İran Ermənistanla əlaqə yolunun bağlanmasına icazə verməyəcək. Bu məqsədə çatmaq üçün İran bölgədə hərbi təlimlərə başlayıb”.

Qeyd edək ki, Azərbaycan sərhəddində keçirilən son təlimlərin ümumi müdafiə sistemlərini təkmilləşdirmək adı altında təşkil olunduğu vurğulanırdı. Lakin gedişatdan aydın görünürdü ki, İranın məqsədi Azərbaycana “xox” gəlməkdir. Bu ölkənin XİN başçısının açıqlaması isə həmin yanaşmanın konkret dildən izahı kimi başa düşülməlidir. Çünki dövlət rəsmisi açıq şəkildə bəyan edib ki, məqsədləri Azərbaycanı hədələməkdir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button