ManşetSiyasət

“İran Qafqazda tarixi payını istəyir və bunu Bakıya güzəşt etmək istəmir”

“Zəngəzur Qacarlar dövründə Gülüstan müqaviləsi ilə İran tərəfindən Rusiyaya verilib. 1920-ci ildə isə bu ərazilər Azərbaycandan alınaraq, ermənilərə verildi. O vaxtdan bəri Zəngəzurun taleyi daha çox Ermənistanla bağlıdır”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirlər “Pelikan.Media” saytında dərc olunmuş “Dəhliz haqqında altı ipucu: Ankara və Bakının Qafqazdakı ambisiyası; NATO-nun Turan dəhlizi İranın geosiyasi maraqlarını təhlükə altına qoyur” başlıqlı məqalədəndir.

İran nəşri bildirir ki, Tehranın qəbul etmədiyi layihə reallaşarsa, o, şərqdən qərbə ən mühüm tranzit yollarından birinə çevrilə bilər. “Zəngəzur dəhlizi İran və Avropa arasındakı strateji əlaqələrə ciddi zərbə vurur. Eyni zamanda, Tehran öz payını iki əli ilə Bakıya vermək istəmir”.

“Pelikan.media” əslində Tehranın əsas niyyətini də ortaya qoyub. Məsələn, məqalədə qeyd edilir ki, Zəngəzur dəhlizinin yaradılmasından faydalanan təkcə Azərbaycan olmayacaq. “Əgər proses Bakı və Ankaranın istəklərinə uyğun getsə, Türkiyə öz mallarını bu dəhliz vasitəsilə Azərbaycana, Orta Asiyaya da çatdıra biləcək. Bəzi ekspertlər hesab edir ki, İranın Zəngəzur dəhlizinin yaradılması ilə bağlı narahatlığının digər səbəblərindən biri də Bakı və Ankaranın iki türk ölkəsinin birləşməsi ilə bağlı ambisiyaları ola bilər. Çünki bu dəhliz Türkiyə ilə Azərbaycanı bir-birindən daha çox asılı vəziyyətə salıb, ciddi müttəfiqlərə çevirə bilər”.

Sayt bir başqa məsələni də aydınlaşdırır. “Digər tərəfdən, görünən odur ki, İranın Qafqaza təsiri Moskva üçün o qədər də məqbul deyil. Putin Qafqaz regionunda ənənəvi rus təsirini genişləndirmək istəyir. Bu arada İran Qafqaz ölkələrinə yaxın olmaq və iqtisadi maraqlarını güdmək kimi tarixi payını istəyir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button