ManşetÖlkə içi

İran qəzetindən iddia: “Türkiyə İsrailə Azərbaycan üzərindən mal ötürür”

İranda nəşr olunan ərəbdilli “Əl Vafaq” qəzeti Türkiyə-İsrail-Azərbaycan münasibətlərinə dair yazı dərc edib. JAMAZ.İNFO xəbər verir ki, qəzet Türkiyənin İsraillə rəsmi olaraq ticarət əlaqələrini kəsdiyini qeyd etsə də, üçüncü ölkələr vasitəsi ilə prosesi həyata keçirdiyini iddia edib.

“Əl Vafaq” yazır ki, Ankara ilə Təl-Əvivin arasında münasibətlər gərgindir. “Türkiyə İsraillə ticarət əlaqələrini dayandırdığını bəyan edib. Lakin hazırda İsraildə Türkiyə istehsalı olan çox sayda mal və məhsul satılır. Bu da Ankaranın səmimi olmamasını demək üçün əsaslar yaradır”.

İran qəzeti bildirir ki, Türkiyə guya, bu prosesi üçüncü ölkələr vasitəsi ilə həyata keçirir. Nəşr iddia edir ki, Türkiyə Şimali Kipr, Yunanıstan, Macarıstan və Azərbaycan vasitəsi ilə mallarını İsrailə ötürür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button