AraşdırmaManşet

“İran” qəzetindən həyasızlıq: “Azərbaycan Qarabağı işğal edib”

SEPAH-ın nəzarətində olan “İran” qəzeti davamlı olaraq Azərbaycan əleyhinə yazılar dərc etməyə davam edir. JAMAZ.İNFO xəbər verir ki, qəzetin ötəngünkü sayında daha bir məqalə yayımlanıb.

“İran Qafqaz regionunda baş verən son gərginliyi araşdırır: Tehran Qafqazda avantüranın qarşısını almağa hazır olmalıdır” başlıqlı məqalədə rəsmi Bakı yenə İsraillə əməkdaşlıqda “ittiham” olunub. Bununla yanaşı, Tehranın Zəngəzur dəhlizi ilə bağlı yanaşması və bir qədər də təhdidindən bəhs edilir.

Nəşr iddia edir ki, 2020-ci il Qarabağ müharibəsindən sonra, Azərbaycanın Ermənistanın cənubunu ilhaq etməyə cəhd etməsi böhranın əlamətlərini  yenidən göstərib. “Cəhd uğursuz oldu. Lakin 2021-2022-ci illərdə sərhəd gərginliyi bəhanəsi ilə baş verən bu cəhdin təkrarlanması göstərdi ki, Azərbaycan hakimiyyətinin bu sahənin bir hissəsini ələ keçirmək və işğal etmək kimi iddialı məqsədləri var. Yəni, məqsəd Zəngəzur dəhlizini açmaq, bunun üçün Sünik vilayətini işğal etmək, ardından da İranla Ermənistan arasında əlaqəni kəsməyə çalışırlar. Bu həmçinin İranın şimal və şimal-qərbdə Avropaya gedən tranzit marşrutlarını bağlamaq, Azərbaycanlıa  Türkiyə arasında əlaqənin bərpası deməkdir. Gedişat onu göstərir ki, Qarabağın və Ermənistanın cənubunun işğalı fonunda Zəngəzur dəhlizinin yaradılması prosesi baş verir”.

“İran” qəzeti daha sonra yazır ki, bütün bunlar İslam Respublikasının biganə qala biləcəyi məsələlər deyil. “Ölkə rəsmiləri regionda hər hansı dəyişikliklə bağlı ən yüksək səviyyələrdə dəfələrlə xəbərdarlıq edib və bəyan ediblər ki, əgər Azərbaycan və Ermənistandan hər hansı biri Qafqaz regionunun geosiyasətini və beynəlxalq sərhədləri dəyişmək niyyətindədirsə, İran təmkinli və neytral siyasət aparacaq. Geri çəkilməyəcək və birbaşa qarşılıq verəcək”.

Qəzet şimal sərhədlərində bir neçə hərbi təlimin keçirilməsi və Qafanda konsulluğun yaradılması da bu tədbirlərdən biri kimi təqdim edib.

Nəşr Türkiyə XİN başçısı Hakan Fidanın Tehrana səfərinə  və orada bu ölkənin dini lideri Əli Xamineyi ilə görüşü barədə də qeyd edib. “Həmin görüş də təsdiq edir ki, İran Bakı və Ankaraya daha ciddi mesajlar verməyə hazırlaşır. Bundan sonrası isə Bakı və Ankaranın Təl Əvizin sözlərinə qulaq asıb, asmamasına bağlıdır”.

P.S. İran mediasında dərc olunan məqalə və xbərlərdən belə aydın olur ki, Tehran Azərbaycanla əlaqələrin bərpası və yaxşılaşdırması üçün addımlar atması gözdən pərdə asır. Çünki iki ölkə arasında ötən ilin yanvarında baş verən gərginliyi aradan qaldırmaq istəyən ölkə belə yanaşma sərgiləyə bilməz. Xüsusən də “Azərbaycan Qarabağı işğaı edib” sözündən istifadə etmək, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaqdır.

Yəni, bilinən və görünən odur ki, ya İranın xarici siyasəti bir adamın əlində deyil. Ya da bu ölkənin xarici siyasəti fiaskoya uğrayıb. Çünki belə siyasət olmur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button