ManşetMedia

İran indi də BTC-nin bağlanmasına israr edir

Ötən gün İran prezidenti Məsud Pezeşkian Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevi qəbul edərək, Bakı ilə münasibətlərlə bağlı bir çox xoş fikirlər bildirib. JAMAZ.İNFO xəbər verir ki, Pezeşkian Azərbaycanı qardaş dövlət adlandırmaqla yanaşı, həm də bir çox məsələlərdə ortaq hərəkət edə biləcəkləri ölkə hesasb etdiyini dilə gətirib.

Lakin İranda hər şey prezidentin əlində deyil. Bu ölkədə idarəçilik elə bölünüb ki, ölkə rəhbəri bəzən kargüzar səviyyəsindən o yana keçə bilmir. Bunu Bakı-Tehran münasibətlərində müsbət dinamik yaranan kimi, SEPAH və digər qüvvələrin dərhal təxribata başlaması ilə müşahidə edildiyini də görməmək mümkün deyil.

Elə bu səbəbdəndir ki, SEPAH-a bağlı “Pelikan.media” saytı dərhal Azərbaycan əleyhinə təbliğata başlayıb. Yazıda Türkiyə əleyhinə xeyli fikirlərin olması diqqəti çəksə də, yekunda SEPAH-ın “qarın ağrısı”nın nə olduğu üzə çıxıb. Sayt yazır ki, Türkiyə üzdə İsrailə qarşı olsa da, arxa planda Təl Əvivlə müttəfiqdir. Bunu isə üçüncü ölkələr vasitəsi ilə İksrailə dəstək verməsi ilə “əsaslandırıb”. “Bu gün Türkiyənin sionist rejimlə ticarət əlaqələri Üçüncü ölkələr vasitəsilə kəsilməmişdir. Bu arada, çox mühüm odur ki, sanksiyaların elan edilməsinə baxmayaraq, davam edən və dayandırılmayan Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə sionist rejimə ötürülməsində Türkiyənin vasitəçiliyinin davam etdirilməsidir”.

Sayt yazır ki, Türkiyə neft nəqli prosesini dayandırmalı və BTC-ni sanksiya siyahısa əlavə etməlidir. “Azərbaycan neftinin Türkiyə vasitəsilə sionist rejimə təhvil verilməsinin davam etdirilməsi Türkiyə-Azərbaycan və Azərbaycan-İsrail arasında ikitərəfli münasibətlər fonunda nəzərdən keçirilməlidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button