DünyaManşet

İran Ermənistana benzin satmaqdan imtina edib

İran Ermənistana benzin satmaqdan imtina edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Həmin məlumatda deyilir ki, Tehran hökuməti son bir ayda İrəvanın xahişlərinə rəğmən, Ermənistana benzin sata bilməyəcəyini açıqlayıb. Erməni tərəfi məsələni belə təqdim edir ki, buna səbəb İranda benzinin qiyməti bahalaşıb. “Son vaxtlar Rusiyadan gətirilən benzinin qiyməti bir qədər bahalaşıb. İrandan alınan benzin isə 20 dram (təxminən 7 qəpik) daha ucuzdur. Lakin İran tərəfi Qafan-Gorus yolunun bağlı olmasını, orada Azərbaycan tərəfinin tranzit haqqı almasını əsas gətirərək, benzin satmağı dayandırıb”.

Qeyd edək ki, Azərbaycan tərəfi Qafan-Gorus yolu ilə hərəkət edən yük maşınlarından İrəvan istiqamətində keçidi üçün 250 dollar, geri dönüş üçün isə 150 dollar alır. Tikinti materialları və ərzaq malları daşıyan yük avtomobilləri üçün isə bu rəqəm 130 dollar təşkil edir. Erməni mediası yazır ki, İrandan benzin daşıyan yük maşınlarından Azərbaycan tərəfinin 400 dollar tranzit haqqı alması məhsulunb bahalaşmasınma səbəb olur.

Lakin məsələnin əslinin bu olduğu inandırıcı deyil. Çünki Tatev-Ağvan yolu artıq açıqdır və İrandan gələn yük maşınları Qafan-Gorus yolunu görmədən də buradan keçərək, İrəvana gedə bilər. Görünən odur ki, İranın Bakı ilə əldə etdiyi müəyyən razılaşmalar var. Bunu son günlər erməni mediasında İrana qarşı münasibətdən də aydın sezmək olur. Belə ki, erməni mətbuatı ehtiyatlı olsa da Tehranın yeni hakimiyyətini tənqid etməyə başlayıb. Mümklündür ki, prosesdə Türkiyənin də rolu mövcuddur. Xüsusən də Mövlud Çavuşoğlunun Tehrana səfər etməsi və orada bir sıra danışçıqlar aparması bəzi razılaşmalar üçün əsas yaradıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button