DünyaManşet

İran erməni hərbçilərə də PUA-ların idaredilməsi təlimləri keçib

Erməni hərbçiləri həmçinin İranın Kaşan şəhərindəki gizli hava bazasında “Şahed” kamikadze pilotsuz təyyarələrini idarə etmək üçün təlim keçiblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Ukraynalı araşdırmaçı jurnalistlər ötən yay İranda Şahed kamikadze pilotsuz uçan aparatları idarə etmək üçün təlim keçmiş 4 rus əsgərinin adını müəyyən ediblər. Onlar bildiriblər ki, 2022-ci ilin avqustunda Rusiya ordusu İranda təlimlər keçirib. “Bundan başqa, “məşqlərin” vaxtı İran pilotsuz təyyarələrinin ilk partiyasının Rusiyaya çatdırılma tarixinə təsadüf edib.

Maraqlıdır ki, “məşqlərdə” Rusiya və İranla yanaşı, Belarus və Ermənistan komandaları da iştirak edib”.

Məlumatda deyilir ki, təlimlər Rusiyanın ev sahibliyi etdiyi “Ordu Oyunları” adlı təlimlər bəhanəsi ilə keçirilib və fənlərdən biri də dron operatorlarının yarışması – “Şahinçilik” olub və avqustun 15-dən 27-dək davam edib. “2022-ci ildə “oyunlar” İranın Kaşan şəhərində keçirilib. Həmin şəhərin yaxınlığında gizli hava bazası yerləşir və burada iranlılar öz pilotsuz təyyarələrini idarə etmək üçün alıcılara təlim keçirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button