ManşetSiyasət

İran bir addım gedir çəkildi: “Tehranın bölgədə baş verənlərə hərbi müdaxilə etmək niyyəti yoxdur”

Son günlər Ermənistanın təxribat cəhdlərinin artması fonunda İranın da bəzi addımlar batacağı barədə xəbərlər yayılıb. JAMAZ.İNFO xəbər verir ki, dünən bununla bağlı bəzi İran rəsmiləri də açıqlama verərək, bölgədəki gərginlikdən dolayı narahat olduqlarını bildiriblər.

Lakin bununla yanaşı, Tehran tərəfi “xəbərdarlıq” və ya “təhdid” ritorikasından da əl çəkməyib. Dünən İran parlamentinin xarici əlaqələr və təhülkəsizlik məsələləri komissiyasının sədr müavini İbrahim Əzizi bildirib ki, onlar Qafaqazda geosiyasi dəyişikliyə imkan verməyəcəklər. Həmçinin o, Azərbaycanın İsraillə əlaqələr qurumasına qarşı çıxaraq, xəbərdalıq da edib. “Biz xəbərdarlıq edirik ki, Bu səbəbdən İran bütün tərəflərə xəbərdarlıq edib ki, saxta rejimin davranışları ilə bağlı ağıllı yanaşaraq Sionist rejimin Qafqaz və digər bölgələrdə olmasına imkan verməsinlər”.

Qeyd edək ki, “Mehr” agentliyi bu gün bu xəbərlərlə əlaqədar maraqlı bir yazı ilə çıxış edib. İran XİN-dəki mənbəyə istinadən dərc olunan məqalədə “Qarabağ bölgəsində və Qafqazda gərginliyin artması ilə eyni vaxtda sosial şəbəkələrdə bəzi xəbər mənbələri İrandan Azərbaycan ciddi mesaj göndərilməsi xəbəri yayılıb” sözləri qeyd olunub. Agentlik bildirir ki, “Qafqaz Müharibəsi Hesabatı” adlı analitik xəbər hesabında isə İranın Ermənistanın Sünik bölgəsinə hücum olacağı təqdirdə diplomatik təmaslar və müxtəlif görüşlər vasitəsilə Azərbaycanı təmkinli olmağa çağırdığı iddia edilib. “Bu xəbər daha sonra əlavə edib ki, Azərbaycan Tehranın Bakıya qarşı hərbi müdaxiləsi halında B planını işə salmaq üçün İsrail və Türkiyə ilə birlikdə tədbirlər görəcək”.

SEPAH-a bağlı olan agentlik qeyd edir ki, İran dəfələrlə regionun siyasi coğrafiyasında hər hansı dəyişikliyə qarşı xəbərdarlıq edib. “İran bəyan edib ki, Qarabağda gərginlikdə olan tərəflərdən hər hansı biri Qafqaz regionunun geosiyasətini dəyişmək və beynəlxalq sərhədləri dəyişmək niyyətində olarsa , İran təmkinli olacaq və məsələni siyasi yolla həll etməyə çalışacaq. Birmənalı olaraq, bu hadisələrə hərbi vasitələrlə qarşılıq verməyəcək”.

Qeyd edək ki, İranın ritorikasını yenidən dəyişməsi başadüşüləndir. Çünki molla rejimi hansı siyasət yürüdəcəyinin fərqində deyil. Məsələ budur ki, bölgədə baş verənlərdə maraqlı olan dövlətlərlə müqayisədə İran elə də güclü oyunçu kimi görünmür. Digər tərəfdən, İranın Azərbaycana hərbi müdaxiləsi real deyil. Hətta bu baş verərsə, İran bunun çox ağır bədəlini ödəmək məcburiyyətində qalacaq. Həmçinin bu İranın Qafqazı birdəfəlik itirməsi demək olacaq.

Paralel olaraq, bu həm də o deməkdir ki, İran Azərbaycanla Ermənistan arasında yaşanan olaylara müdaxilə etməyəcək. Hətta müdaxilə olsa belə bu siyasi və diplomatik vasitələrdən o tərəfə keçməyəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button