ManşetSiyasət

İran Azərbaycanı niyə hədəfə alıb? – Sərhəddimizdə təyyarə uçurmanın qısa məzmunu

Bir müddət əvvəl İran Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə Azərbaycan sərhəddi üzərindən uçuş həyata keçirərək, bununla güc nümayişinə qalxmışdı. Həmin vaxt rəsmi Bakı Tehranın bu hərəkətini pisləyərək, təkrar olunacağı təqdirdə tədbir görüləcəyini bəyan etmişdi.

JAMAZ.İNFO xəbər verir ki, İranın bu təxribatı səbəbsiz deyildi. Belə ki, Tehran Azərbaycanın təkcə Qarabağda deyil, həm də mollalar üçün “qırmızı xətt” elan edilmiş Zəngəzur istiqamətində də müəyyən addımlar atmağı düşünür. Xüsusən də Qarabağda antiterror əməliyyatının başlama ehtimalı getdikcə çoxaldığından, bu İranı narahat edirdi.

Əldə etdiyimiz məlumatlara görə, Azərbaycanın Qarabağda antiterror əməliyyatlarına hazırlaşması barədə İranda məlumat olub. Mümkündür ki, bu məlumat yox, sırf ehtimal olub. Məhz bu ehtimalı nəzərə alaraq, Bakının “gözünü qorxutmaq” üçün havaya hərbi təyyarə qaldıraraq, sərhəddimiz üzərindən uşuşlar həyata keçirmək qərarı verib. Bununla Azərbaycana çatdırmaq istəyib ki, əgər Qarabağda hərbi hərəkətlilik olarsa, onlar da prosesə qoşulacaqlar.

Qeyd edək ki, İran təkcə Qarabağ məsələsində deyil, həmçinin Zəngəzur mövzusunda da Azərbaycana qarşı sərt mövqe sərgiləyir. Sərrhəddimizdə hərbi təlimlərin keçirilməsi, Ermənistana hərbi, siyasi və diplomatik dəstək vermələri də bunun nümunələrindən bir neçəsidir. Amma məsələ təkcə, Ermənistan və Qarabağdakı separatçılara sıradan dəstəkdən ibarət deyil. Həm də onlara silah və sursat baxımından yardımın göstərilməsidir.

Hələ bir müddət əvvəl İranın Qarabağa tank əleyhinə raketlər yolladığı barədə “Caliber” saytı məlumat yaymışdı. Son günlər ortaya çıxan məlumatlardan isə belə başa düşmək olar ki, İran Ermənistana “Şahed” PUA-ları da ötürüb. Düzdür, həmin PUA-ların sayı elə də çox hesab olunmur.

Bundan başqa, İranın Ermənistana digər silahlar verdiyinə dair məlumatlar da var. Məsələn, Tehran yaxın və orta məsafədəki hədəfləri vura bilən artilleriya qurğuları (top və minaatanlar) ötürməsi də bildirilir. Həmin silahlardan Qarabağa keçirildiyi də istisna deyil.

İranın son zamanlar Azərbaycana qarşı aqressiya nümayiş etdirməsi onunla bağlıdır ki, bölgədə güclü bir dövlət, xüsusən Azərbaycan adında bir dövlətin olması onlara sərf etmir. Çünki Azərbaycan çoğrafiyasının böyük bir qismi hal hazırda İran ərazisindədir və orada 30 milyondan çox soydaşımız yaşayır. Azərbaycanın güclənməsi Güneydəki türklərin də müstəqillik istəyinə düşməsinə gətirib çıxara bilər ki, bu da Tehranı ciddi şəkildə narahat edir.

Son Qarabağ savaşına qədər Azərbaycanın regionda hərbi və siyasi cəhətdən güclü olması real hesab edilmirdi. Bu səbəbdən də İran Bakı ilə münasibətlərinə gərginlik tonu vermirdi. Lakin müharibədən sonra durum tamamilə dəyişdi, Azərbaycan artıq əvvəlki torpaqları işğal altında olan dövlət deyildi, hərbi və siyasi baxımından xeyli güclənmişdi. Üstəlik, Türkiyə ilə münasibətlər də daha dərin məzmun almağa başlamışdı. Belə olan halda İranın Ermənistanın tərəfində dayanması, mövcud qorxunun təzahüründən başqa bir şey deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button