ManşetSiyasət

İrəvandan Xankəndinə gedən erməniləri hərbçilərimiz yoxlayacaq? –  LAÇIN DƏHLİZİNDƏ NƏZARƏT GÜCLƏNDİRİLDİ

Qarabağdakı rus sülhməramlıları dünəndən etibarən İrəvan-Xankəndi yolunda yerləşən postlarda nəzarət-yoxlama işlərini gücləndiriblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İravunk” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Laçın Dəhlizində yaxınlığında Ermənistandan gələn avtomobilləri əvvəlki dövrlərdən fərqli olaraq, bir-bir saxlayıb, sərnişinlərin pasportlarını, əşyalarını, habelə avtomobilləri ciddi şəkildə yoxlayırlar. Hətta sənədləri uyğun gəlməyən sərnişinlərin geri qaytarıldığı da qeydə alınıb.

Qəzet daha sonra yazır ki, əvəllər Şuşa şəhəri yaxınlığlndakı postlarda yoxlama aparılmırdı. Lakin dünəndən etibarən həmin yoxlama prosesinə start verilib. “Qarabağ erməniləri bildiriblər ki, Şuşa şəhəri yaxınlığında yerləşən postlarda aparılan yoxlamalar zamanı, oradakı Azərbaycan əsgərləri ilə mütəmadi olaraq gərginlik yaşanır. Onların sözlərinə görə, Azərbaycan hərbçiləri ermənilərə söz atır, onları ələ salır və bu da tərəflər arasında gərginliyə səbəb olur. Yalnız rus sülhməramlıları araya girdikdən sonra sakitliyi təmin etmək mümkün olur”.

“İravunk” dərc etdiyi xəbərdə onu da iddia edir ki, dünən bir neçə erməni Azərbaycan əsgərlərinin replika atmasına dözməyib, onlara hücum belə çəkməyə çalışıblar. Lakin rus sülhməramlıları onların hərkətlərini önləyib.

Erməni mediası yazır ki, rus sülhməramlılarının yoxlamaları və nəzarəti gücləndirərək, sərtləşdirməsinin səbəbi Bakıdan verilən təlimatdır. Onlar yazırlar ki, Azərbaycan tərəfi Xankəndinə və Qarabağın digər rayonlarına gedən ermənilərin ciddi şəkildə yoxlanılmasını tələb edib. “Artıq məlum olan odur ki, Azərbaycan mərhələ-mərhələ Xankəndini tam nəzarətinə götürməyə hazırlaşır. Qoşunların Qarabağdan çıxarılması, ardından rus sülhməramlılarının yoxlanış və nəzarəti gücləndirməsi, habelə son günlər əhalinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgərana köçürülməsi məsələsinin gündəmə gəlməsi bunu deməyə əsas verir”.

Bəzi erməni saytlar isə yazırlar ki, İrəvandan Xankəndinə gedən ermənilərin yoxlanılması prosesinə yaxın günlərdə Azərbaycan əsgərlərinin də cəlb ediləcəyi gözlənilir.  “Bəzi məlumatlara görə, yaxın günlərdə Azərbaycanın tələbinə əsasən Ermənistandan Qarabağa gedən şəxslərin yoxlanışı prosesinə Azərbaycan hərbçiləri də cəlb olunacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button