ManşetSiyasət

İrəvandan müstəsna həyasızlıq: “Qarabağdakı məscidləri ermənilər dağıtmayıb, sovet vaxtı uçurublar”

Ermənistanın hazırkı hakimiyyəti bütün parametrlərdə həyasızlığın ən üst səviyyəsinə çatıb. Yalan, böhtan, üzə durmaq, bütün dünyanı aldatmaq cəhdləri nə dayanır, nə durur. JAMAZ.İNFO xəbər verir ki, müstəsna həyasızlıq, artıq əxlaqsızlıq və ləyaqətsizlik mərhələsinə də çatıb.

Bunu isə Ermənistanın baş naziri Nikol Paşinyanın Münhendə keçirilən Təhlükəsizlik üzrə Konfransda çıxışı zamanı bir daha təsdiqləyib. O, çıxışı zamanı Qarabağda Azərbaycan məscidlərinin dağıdılması məsələsinə toxunaraq, elə bir böyük yalan danışıb, elə bir həyasızlıq nümayiş etdirib ki, buna ad qoymaq mümkün deyil. Paşinyan çıxışında deyib: “Azərbaycan tərəfi iddia edir ki, Qarabağda Azərbaycan məscidləri birinci müharibədən sonra ermənilər tərəfindən dağıdılıb. Sovet hakimiyyəti illərində Azərbaycanda 1500-dən çox məscid dağıdılıb. Qarabağ erməniləri sovet dövründə baş vermiş bu hadisələrin günahkarı deyil və bunun cavabını verməməlidir. Qorxduğum odur ki, Azərbaycan bütün bu vəziyyətə dini kontekst vermək istəyir. Münaqişədə heç bir dini kontekst yoxdur. Ermənistanda müsəlman azlığımız və fəaliyyət göstərən məscidimiz var. Bu, reallıqdır”.

P.S. Nikol Paşinyanın bu müstəsna həyasızlığının cavabını mütləq vermək lazımdır. Ən yüksək kürsülərdən belə əxlaqsızcasına davranmaq yolverilməzdir. Qarabağda məscidlərimizin dağıdılmasının ermənilər tərəfindən həyata keçirilməsi danılmaz faktdır, bunun yüzlərlə sübutu da var. Bunu həyasızcasına inkar etməklə Paşinyan nəyə nail olmaq istəyir, bəlli deyil. Amma bunu inkar etsə belə, bütün dünya yaxşı bilir ki, həmin məscidlər məhz ermənilər tərəfindən dağıdılıb və talan edilib.

Tutaq ki, Paşinyanın dediyi kimi, məscidləri sovet vaxtı “dağıdıblar”. Bəs, işğal altında olan rayonlarımızın dağıdılmasına nə ad qoyacaq? Ağdamın Xirosimadan betər günə qoyulmasında kimi günahkaar biləcək? Füzuli, Şuşa, Zəngilan, Cəbrayıldakı ucdantutma vandallığı, dağıntıları kimin ayağına yazacaq? Bəlkə onları da ermənilər yox, başqa planetdən gələnlər ediblər?

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button