DünyaManşet

İrəvanda dəhşətli partlayış: 1 ölü, 20 yaralı – FOTO-VİDEO

Bu gün Ermənistanın paytaxtı İrəvan şəhərində dəhşətli partlayış baş verib. JAMAZ.İNFO xəbər verir ki, şəhərin mərkəzində yerləşən “Sürməli” Ticarət Mərkəzində qeydə alınıb.

Erməni mediasının yaydığı xəbərə görə, hadisə ticarət mərkəzində yerləşən pirotexniki avadanlıqların anbarında baş verib. Ardından isə yanğın başlayıb. İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Həmin məlumatlara görə, Ticarət Mərkəzinin yaxınlığında yaşayan əhaliyə evlərindən çıxmamaları barədə xəbərdarlıq edilib. Ermənistan FHN-i daha bir partlayışın baş verə biləcəyini ehtimal edir.

Mərkəzdə ciddi dağıntılar əmələ gəlib. Onların altında qalanların olduğu bildirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button