DünyaManşet

İngiltərədə daha bir koronavirus ştammı peyda oldu: B.1.621

2019-cu ilin sonlarından bütün dünyanı ağuşuna almış koronavirus bəlası artıq 4 milyon insanın ölümünə səbəb olub. JAMAZ.İNFO xəbər verir ki, iki ilə yaxındır davam edən pandemiyada artıq mutasiyaya uğramış bir neçə ştammın peyda olduğu da açıqlanıb.

İndiyə qədər koronavirusun “Delta”, “Delta plyus”, “Lambada”, “Betta” və “Qamma” ştamları bütün dünyada yayılsa da, prosesin bununla bitmədiyi və bitməyəcəyi də dəqiqdir. Belə ki, İngiltərədə koronavirusun daha bir ştammı üzə çıxıb. İngiltərə Xalq Səhiyyə Təşkilatı (PHE) bəyan edib ki, koronavirus yeni bir mutasiyaya uğrayıb. “İndiyə qədər ölkə üzrə B.1.621 ştammına yoluxmuş adamların sayı 16 nəfər təşkil edib. Bunların çoxu xaricə səfər edənlərdə aşkarlanıb”.

PHE əməkdaşları hazırda yeni ştammı araşdırmağa başlayıblar. “PHE mutasiyaların virusun davranışları üzərindəki təsirlərini daha yaxşı qavramaq üçün labaratoriya testlərinə davam edirlər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button