ManşetSosial

İndi də “Candida auris” gəlir: ABŞ xəstəliyin epidemiya şəkli alacağını anons edir  

Dünya iki ildir koronavirus adlı bəla ilə döyüşürkən, hər gün yeni ştammların meydana çıxması adi hala çevrilib. Gedişat, baş verənlər və digər nəsnələr təsdiq edir ki, koronavirus məsələsi adi epidemik bir hadisədən daha çox, siyasi məsələdir. Çünki bu xəstəliyin nə kökünü, nə də dəqiq olaraq nədən yarandığını ortaya çıxarmaq mümkün deyil. Üstəlik, bunun bioloji silahlardan biri olduğunu iddia edənlər də az deyil.

Lakin proseslər belə deməyə əsas verir ki, iki ildə 4 milyon insanın ölümünə səbəb olmuş koronavirus onun yayılmasında maraqlı olan, daha doğrusu, bu layihənin memarlarının ümidlərini doğrultmayıb. Ona görə də, dünyanı daha bir neçə il faktiki vəziyyətdə saxlamaq üçün yeni-yeni vasitələrdən yararlanırlar.

JAMAZ.İNFO xəbər verir ki, həmin xəbərlərdən biri bu gün ABŞ-dan gəlib. Belə ki, Vaşinqtondakı xəstəxana və Texasdakı iki qocalar evində yeni bir xəstəlik aşkarlanıb. Daha doğrusu, hələ 2009-cu ildə Uzaq Şərqdə peyda olan, lakin müalicəyə uyumlu xəstəlik yeni formada ortaya çıxıb.

Qeyd edək ki, yeni xəstəliyin adı “Candida auris”dur və bu göbələk xəstəliklərindən biri hesab olunur. İlk aşkarlanan və yayılan xəstəxanaların verdiyi açıqlamaya görə, “Candida auris” onun önlənməsi üçün tətbiq olunan üç əsas dərmana qarşı davamlıdır.

ABŞ Xəstəliklərə Nəzarət və Önləmə Mərkəzinin rəsmisi Meqan Lyman deyib ki, xəstəliyin dirəniş göstərməsini ilk dəfədir müşahidə edirlər. “Bu o deməkdir ki, xəstələrdəki infeksiya başqalarına da keçmək imkanındadır”.

Onların hesabatına görə, bu xəstəliyə yoluxanların 1/3-I 30 gün ərzində bütün tədbirlərə rəğmən, ölüblər. Həkimlər qeyd edirlər ki, “Candida auris” göbələk xəstəliyi xəstəxana və qocalar evləri üçün olduqca təhlükəlidir. Onların sözlərinə görə, bu xəstəlik qan dövranına, ürəyə və ya beyinə nüfuz etdikdə o ölümcül hala gəlir və qarşısını almaq olmur. Həmçinin yüksək temperatur və tutrəmə halları antibiotikdən istifadədən sonra da davam edir.

Bu ilin yanvar-aprel aylarında ABŞ-da yayılan “Candida auris” göbələk xəstəliyinin əvvəlki növünün bir sıra dərmanlarla müalicə edildiyini, lakin yeni versiyanın artıq həmin dərmanlara müqavimət göstərdiyini bildirən həkimlər vurğulayırlar ki, bundan sonrakı mərhələdə nə baş verəcəyindən ciddi şəkildə əndişəlidirlər.

Xatırladaq ki, “Candida auris” göbələk xəstəliyi 2009-cu ildə Yaponiyada tapılıb. ABŞ-da bu xəstəliyə hər il 2.8 milyon insanın yoluxduğu, onlardan 35 min nəfərinin isə öldüyü qeyd edilir. Həkimlər onu da deyirlər ki, bu xəstəlik yayıldıqda onun qarşısını almaq bəzən mümkün olmur.

P.S. Görünür, koronavirusla dünya insanlarının önəmli hissəsini qırıb, qurtara bilməyən mərkəzlər yeni-yeni virusların dövriyyəyə buraxmaqla, məqsədlərinə nail olmaq istəyirlər. Xəstəliyin məhz xəstəxana və qocalar evində yayılması isə onu deməyə kifayət qədər əsas verir ki, məqsəd aydlndır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button