ManşetSiyasət

İlham Əliyev Moskvaya gedir: Gözləntilər nədir?

Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya rəsmi səfəri gözlənilir. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbut katibi Dmitri Peskov məlumat verib.

O deyib ki, belə bir səfər nəzərdə tutulub. “Bu işgüzar səfərdir. Saatların tutuşdurulması gözlənilir”.

Hər hansı bir sənədin imzalanıb, imzalanmayacağı barədə Peskov açıqlama verməyib.

Ekspert Asif Nərimanlı hesab edir ki, belə bir səfər əvvəlcədən nəzərdə tutulub. Onun sözlərinə görə, bu, Ermənistanda hökumət formalaşdırıldıqdan sonra mümkün üçtərəfli görüşə hazırlıq məqsədi daşıyır və sənədlər məhz üçtərəfli görüşdə imzalana bilər.

Digər ekspert Aqşin Kərimov isə deyir ki, səfərlə bağlı gözləntilər var. Onun sözlərinə görə, bu səfər yekun sülh müqaviləsinin hazırlanması mərhələsinin başlanması deməkdir. “İlham Əliyev rusiyalı həmkarı ilə detalları müzakirə edəcək. Bununla paralel olaraq, Rusiya sülhməramlılarının fəaliyyəti də müzakirə mövzusu olacaq. Eyni zamanda, İlham Əliyev Vladimir Putinin dilindən Ermənistanın təkliflərini dinləyəcək”.

Eekspert qeyd edir ki, bundan sonra növbəti üçtərəfli görüş keçirilməsi gözlənilir. “Hələlik görüşün müzakirəsinin ümumi sxemini belə dəyərləndirmək olar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button