DünyaManşet

II Qaregin İrəvandakı “Qarabağ mitinqi”nə qatılacaq: Kilsə yenidən siyasətə qayıdır

Xəbər verildiyi kimi, noyabrın 5-də İrəvanda yerli müxalifət Qarabağ ermənilərinə dəstək məqsədi ilə aksiya keçirəcək. JAMAZ.İNFO xəbər verir ki, belə bir təşəbbüsün meydana çıxması isə Xankəndidə oktaybarın son günlərində keçirilmiş aksiya ilə bağlı olub.

Qeyd edək ki, Ermənistan müxalifəti bu aksiyanın çox gurultulu olmasını istəyir. Lakin siyasi qüvvələr arasında razılaşmanın olmaması və tərəflərin müxtəlif tələblə çıxış etmələri, onların birlikdə hərəkət edəbiləcəklərinə ciddi problem yaradıb.

Ermənistanda siyasi proseslərdə Eçmiəzdin Kilsəsinin xüsusi rolunu deməyə isəgərək yoxdur. Uzun illərdir kilsə ermənilərin beynini zəhərlə dolduraraq, onlarda ifrat millətçilik, qonşu xalqlara qarşı kin formalaşdırıb. Elə ilk Qqarabağ savaşının əsas təşəbbüskarı vədəstəkçisi də məhz erməni kilsəsi olub.

Bildirək ki, 44 günlük müharibədən sonra bir xeyli geri çəkilən, bir sıra siyasi proseslərdən uzaq duran Eçmizədin Kilsəsi yenidən siyasət arenasına qayıtmağı qərara alıb. Özü də bu dəfə də Qarabağ kartı ilə…

JAMAZ.İNFO xəbər verir ki, noyabrın 5-də İrəvanda Qarabağ ermənilərinə dəstək mitinqinə bütün ermənilərin katolikosu II Qaregin də qatılacaq. “24News” saytının yaydığı xəbərdə deyilir ki, bu məsələ kilsənin kardinalları arasında müzakirə edilir. “Kardinallar deyirlər ki, Patriarx şəxsən Qarabağa dəstək ifadə etmək olan mitinqə getməyə meyllidir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button