ManşetÖlkə içi

İdarə müdiri arxın üzərində özünə obyekt tikdirir- FOTOLAR

Göyçay Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudov rayonun Çaxırlı kəndi ərazisindən keçən və əkin sahələrinin suvarılması üçün nəzərdə tutulmuş arxın üzərində özünə obyekt tikdirir. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə sözügedən kəndin sakinləri çıxış ediblər.

Onlar bildirirlər ki, Orxan Mahmudov vəzifəsindən sui-istifadə edərək, su kanalının üzərinə beton tökərək, onun daralmasına səbəb olub. “O, özünə maqazin tikdirir. Tikintini aparan şəxsin adı Seymur Azadov olsa da, obyekt Orxan Mahmudova məxsusdur. Seymur Azadov əvvəllər Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun korrupsiya əməlləri barədə müntəzəm şikayətlər edib. İndi isə yeni müdir Orxan Mahmudovla dost olub, şərikli kommersiya ilə məşğul olmaq istəyirlər”.

Sakinlər sözügedən obyektin tikintisinin dayandırlmasını tələb edirlər.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button