CəmiyyətManşet

İcra başçısı restoranına qaz xətti çəkdirdi, sakinlər yolu bağladı – VİDEO

Qubada bir qrup sakin Bakı-Quba magistral yolunu bağlayıb. JAMAZ.İNFO xəbər verir ki, etiraz əlaməti olaraq yolu bağlayanlar İdrisqışlaq kəndinin sakinləridir.

Onların etirazlarına səbəb kəndin bir hissəsində yerləşən evlərəqazın verilməsi, digəri hissəsindəkilərə isə verilməməsidir. Belə ki, İdrisqışlaq kəndinin Şabran rayonu ərazisinə düşən hissəyə qaz verilsə də, Qubaya aid olan hissəyə verilmir.

Qeyd edilir ki, sakinlər bununla bağlı dəfələrlə şikayət etsələr də, baxan olmayıb. Onların səbr kasasını daşıran isə Qqubanın icra başçısı Ziyəddin Əliyevə məxsus olduğu bildirilən istirahət mərkəzinə qaz xəttinin çəkilməsidir. O istirahət mərkəzi ki, İdrisqışlaq kəndinin düz girəcəyində yerləşir.

Əldə etdiyimiz məlumata görə, camaatın yolu kəsməsindən xəbər tutan Qubanın icra başçısı onları sakitləşdirmək göstərişi verib.k

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button