GündəmManşet

İrəvan Bakıya I Qarabağ savaşında Şəhid olan 10 əsgərimizin nəşini və iki kütləvi məzarlığın xəritəsini verib

Ermənistan Azərbaycana dekabrın 1-də Birinci Qqarabağ Savaşında Şəhid olmuş 10 əsgərimizin nəşini verib.Bundan başqa, ermənilər Azərbaycan tərəfinə kütləvi məzarlıqların yerləşdiyi ərazini əks etdirən iki xəritə də veriblər. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

MTX-nin məlumatında deyilir ki, həmin xəritələrdə 4 Azərbaycan əsgərinin dəfn olunduğu ehtimal edilir. “Bildirək ki, 2020-ci ilin 10noyabrından indiyə qədər Ermənistan Birinci Qarabağ savaşında öldürülmüş 140 Azərbaycan əsgərinin meyitinin qalıqlarını və onların basdırıldığı əks olunan 5 xəritəni Bakıya təqdim edib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button