CəmiyyətManşet

Hüseynbala Mirələmov: “Məni şantaj etdilər”

Hələ bir müddət əvvəl qalmaqal yaşayan və barəsində video görüntülər yayıldıqdan sonra işdən və partiyadan çıxarılan keçmiş deputat Hüseynbala Mirələmov mətbuata danışıb. JAMAZ.İNFO xəbər verir ki, Unikal.org saytına danışan sabiq deputat hazırda əhvalının babat olduğunu deyib.

Məlum video ilə bağlı suala cavab verən Mirələmov qeyd edib ki, yanvar ayında olan hadisənin indi qabardılmasının məqsədini bilmir. “Həyatdır. Oldu keçdi. Ümumiyyətlə, yanvar ayında olan hadisəni indi qabartmaqda məqsəd nədir? Yəqin ki, şantajdır”.

O, heç kimi qınamadığını da deyib. “Yeganə təsəllim odur ki, insanlara əzab verən, onlara zülm edən adamların cəzasını Allah verəcək. Bu tip videoların yayılması ilə biz cəmiyyətin əxlaqını pozuruq. Həyatda belə insanlar var ki, alçaqlıq edirlər. Qoy onların cəzasını Allah özü versin”.

Saytın “həmin qadınla hansısa əlaqəniz olubmu” sualına cavab olaraq keçmiş deputat “yox” deyib. “Ay qardaş, nə danışırsan? O mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır. İnsanlar sosial şəbəkədən əl çəkmirlər, amma təəssüflər olsun ki, bir dənə kitab oxumurlar. Ancaq işləri-gücləri “Facebook”da onu-bunu lağa qoymaqdır. Deputat dostlarım da məni tənqid ediblər, etsinlər, sağolsunlar. Mən heç kimi qınamıram. Bizim partiyamız da çox düzgün qərar verdi. Bu, partiyamızın nüfuzuna xələl gətirə bilərdi deyə, mən YAP-dan uzaqlaşdırıldım”.

O, həmin vaxt hansı hisslər keçirdiyindən də danışıb. “O hissləri sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, bu, şantaj xarakterli idi. Məni şantaj etdilər. O, universitetdə konfrans zamanı olub. Bu videonu yayan adamlar tapılmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button