DünyaManşet

“Hraparak”: “Paşinyan “Bayraktar”ın səsini eşidən kimi, Gorusdan qaçdı”

Ötən ilin 17 oktyabrında Gorusa səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın başına gələn hadisə ilə bağlı məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, İrəvanda nəşr olunan “Hraparak” qəzeti həmin hadisə haqqında qısa təfsilat paylaşıb.

Qəzet yazır ki, müharibənin şiddətli vaxtında bir alay mühafizəçi ilə Gorusa gələn baş nazir, orada özünümüdafiə batalyonlarının yaradılması məsələsini müzakirə etmək istəyib. “Qabaqcadah hazırlanmış ikimərtəbəli binanın zalında tədbirdə iştirak edəcək şəxslər toplaşıblar. Paşinyan isə bir qədər sonra gəlib. İclas yeni başlayan vaxt “Bayraktar”ın səsi gəlib. Paşinyan səsdən o qədər həyacanlanıb ki, danışarkən fikirləri arasında rabitə itib və dili topuq vurmağa başlayıb. O iclası yarımçıq tərk edərək, təcili İrəvana qayıdıb”.

Qəzet Ermənistan İstintaq Komissiyasının rəhbəri Andranik Koçaryana müraciət edərək, məsələnin araşdırılmasını tələb edib. Hətta bununla bağlı əlində olan görüntüləri və şahid ifadələrini də istintaqa təqdim etməyə hazır olduğunu bildirib. Ardından isə yazıb: “Bir baş nazir PUA qarşısında titrəyirsə və qorxursa, o ölkəni necə idarə edə bilər? İclasdan qaçmasını təsdiq edəcək çoxlu sayda adam var. Gorusda bu, artıq lətifəyə çevrilib”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button