ManşetSiyasət

“Hraparak”: “Moskvada Bakı ilə İrəvan arasında protokol imzalanacaq”

Xəbər verildiyi kimi, bu gün Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. JAMAZ.İNFO xəbər verir ki, Kreml bununla bağlı açıqlama verərək, bildirib ki, görüşdə nəticə əldə edəcəklərinə ümid edirlər.

Ermənistan mediası isə sözügedən görüşdə protokol imzalanacağını iddia edib. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatın mənbəyi “Hraparak” qəzetidir. Nəşr yazır ki, həmin protokol Azərbaycan və Ermənistan arasında ərazilərin bütövlüyünün tanınmasını ehtiva edəcək. “Ermənistan hakimiyyətindəki mənbələr bildirirlər ki, Azərbaycan və Ermənistan Moskvada qarşılıqlı ərazi bütövlüyünün tanınması haqqında protokolun imzalanması istisna deyil. Üstəlik, həmin mənbələr əminliklə qeyd edirlər ki, həmin protokol çoxdan imzalanıb. Sadəcə, bu sənədin elan edilməsi üçün düzgün yer və vaxtı seçmək qalır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button